Daşkəsən sakini minaya düşüb. Trend-in Qarabağ bürosundan verilən məlumata görə, rayonun Ermənistanla sərhəd olan Alaxançallı kənd sakini Şükür Tağıyev minaya düşüb.
Qoyun otararkən minaya düşən Ş.Tağıyev xəstəxanaya yerləşdirlib, vəziyyətinin orta ağırdır.
Faktla bağlı araşdırma başlanıb.
"Report"un məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.
Məlumat üçün bildirək ki, Ş.Tağıyevin Kəlbəcərə yaxın yerdə, Daşkəsən ərazisində təsərrüfat yeri var. Orda olan zaman onun atı vaxtı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş zaman minalanmış Kəlbəcər ərazinə keçib. Atını gətirmək istəyən zaman həmin minalardan birinə düşüb.