Bazar günü günü, 15 noyabr 2026
     

“Görəsən, beynəlxalq təşkilatları gecikmiş addımlarında belə Ermənistandan təklif gözləməyə nə vadar edir?” - Vüqar Rəhimzadə

Image


“Azərbaycan 30 il dünyadan ədalət gözlədi, ən yüksək tribunalardan ikili siyasətin yaratdığı problemləri, Ermənistanın başına çəkilən sığalların yeni ərazilər uğrunda müharibə planlarına yol açdığını bəyan etdi, imitasiya naminə danışıqların nəticə verməyəcəyini bəyan etdi, amma dünya yenə də özünü kar və kor kimi göstərib, lal olmağında davam etdi.

1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə mane olacağını bildirib ikili siyasətlərini, erməni sevgilərini bu ad altında gizlətməyə çalışdılar. Rəsmi Bakı illərdir “Nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi hallarda qısa müddət ərzində icra olunur, Azərbaycana gəldikdə isə 30 ilə yaxındır gözləyirik” sualına cavab tapmaq istədik. Qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi Azərbaycan dövlətini narahat edən məsələlər sırasında olub. Hansı ki, işğalçını adı ilə çağırmağın ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, bunun bitərəflilik kimi qəbul ediləcəyini bildirən ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi həmin qətnamələrin qəbulunda iştirak etməklə yanaşı, 30 ilə yaxın müddətdə Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstəriblər. Sənədlərdə işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması yer alır, amma real addımlarda Ermənistana dəstək göstərilir və məsələnin sülh danışıqları əsasında həll ediləcəyi barədə görüntü yaradılırdı”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən 30 illik işğal dövrünün reallıqlarına diqqəti yönəldərək bir daha bildirdi ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin də üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ədaləti, beynəlxalq hüququ bərpa etdi. Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, müharibə baş verməzdi. 

Baş redaktor diqqəti Azərbaycanın torpaqlarımızın işğalı dövründə münaqişənin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməyə göstərdiyi səylərə yönəldərək bildirib ki, BMT-yə Faktaraşdırıcı missiyanın yaradılıb işğal altında olan torpaqlarımızda süni məskunlaşma faktını araşdırmaq üçün bu ərazilərə səfər edilməsi təklif ediləndə bunu ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına müdaxilə kimi beynəlxalq ictimaiyyətə təqdim edən işğalçı Ermənistanın əssasız fikirləri əsasında ATƏT-in Minsk qrupu belə bir missiyanı özü yaradacağını bildirdi: “Həmin missiya yaradıldı və iki dəfə işğal altında olan ərazilərimizdə oldular. Açıq-aşkar bildirildi ki, torpaqlarımızda Ermənistan tərəfindən süni məskunlaşdırma siyasəti həyata keçirilib. Amma hesabatların hazırlanması zamanı “məskunlaşmanı hansı tərəfin həyata keçirdiyini deyə bilmərik. Bu, mandatlarına uyğun deyil” söyləyib, yenə Ermənistanın çaldığı hava ilə oynadılar”.

V.Rəhimzadə işğal dövründə Azərbaycanın həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu da bölgəyə dəvət etdiyini bildirib: “Amma UNESCO bundan imtina etdi. Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən bu məqamlara da diqqəti yönəldərək bildirmişdir ki, UNESCO-ya bu təklif ediləndə qurum rəsmiləri siyasi məsələlərə qarışmadıqlarını bildirdilər.

Maraqlıdır, beynəlxalq təşkilatlar ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq, müdafiə etmək üçün tərəddüd edir, ən əsası Ermənistandan təklif gözləyirlər. Maraqların ədaləti üstələdiyi dünya 30 il sülh danışıqlarının səmərə verəcəyini deyib Ermənistana vaxt qazandırdı. Həqiqəti bilərəkdən görməzdən, yaxud eşitməzdən gəlmək karlıq və korluq yox, ədalətsizlikdir. Bu ədalətsizliyin sonda 44 günlük Vətən müharibəsini şərtləndirdiyini BMT də, UNESCO da yaxşı bilir”.

“Sual olunur - Müharibə bitdikdən sonra dəyişən nə oldu ki, UNESCO məsələnin siyasiliyini unudub bölgəyə gəlmək istədiyini bildirdi? Atılan hər addımda Ermənistana dəstək özünü qabarıq şəkildə nümayiş etdirir. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ məsələsini gündəmdə saxlamağa ehtiyac yoxdur. UNESCO kimi təşkilatlar həmin istəkləri ilə Ermənistanın münaqişənin hələ bitməməsi ilə bağlı sərsəm fikirlərinə dəstək olmağa, bölgənin “qapılarını” xarici müdaxiləyə açıq saxlamağa çalışırlar. Belə olmasaydı, Azərbaycan tərəfi bölgəyə gəlmək üçün razılıq verdiyi, özü də bununla bağlı missiya yaratdığı halda Ermənistandan təklif gözləməzdi. Bütün bunlar ümumilikdə bəşəriyyətə məxsus mədəni irsin qorunmasına görə məsuliyyət daşıyan bir təşkilatın siyasi maraqlarından irəli gələn ikili standartlar qarşısında əyildiyini nümayiş etdirir. Belə utancverici davranışlar heç bir dövlətə, beynəlxalq təşkilata dividend qazandırmır, əksinə, etimadsızlıq mühitini daha da dərinləşdirir”,- deyə baş redaktor bildirib.

V.Rəhimzadə vurğulayıb ki, ədaləti, beynəlxalq hüququ təkbaşına bərpa etmək gücündə olan və Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək tarixə qovuşduran Azərbaycan hər bir məsələni həll etmək imkanlarına malikdir. UNESCO kimi Ermənistana baş əyib onun təklifini gözləyən, etirazından qorxub küncə çəkilən qurumların hansı mövqedə olduqlarını Azərbaycan 30 ilə yaxın müddətdə şahididir və 44 günlük müharibə bir daha bu həqiqətlərə işıq saldı. Gecikmiş addımlarında da işğalçı Ermənistandan razılıq gözləyənlərə inam tamamilə sıfırdır. Beynəlxalq təşkilatlar ədaləti müdafiə etmək üçün Ermənistandan, işğalçı dövlət də Azərbaycanın ortaya qoyduğu təkmil sülh razılaşmasını imzalamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təklif gözləməklərində olsunlar. Amma unutmasınlar ki, bu gün artıq qalib ölkə kimi diqtə edən tərəf Azərbaycandır. Ölkə Prezidentinin bəyan etdiyi kimi, Azərbaycan sülh təklifini uzun müddət masa üzərində saxlamayacaq”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin qeyd edilən qəbulda vurğuladığı kimi, artıq gələcəyə baxmalıyıq və hazırda əsas hədəfimiz dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ