Bazar günü günü, 15 noyabr 2026
     

İtaliyanın nüfuzlu qəzeti Azərbaycanın işğaldan azad ərazilərində həyata keçirdiyi bərpa işlərindən yazdı

Image


İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobon-un Azərbaycana səfəri ilə bağlı silsilə yazılarının dərc olunması davam edir. Bu xüsusda, növbəti məqalə kimi “il Giornale” qəzetində müəllifin “Qarabağ: Azərbaycanın keçmişi, bu günü və gələcəyi” sərlövhəli yazısı işıq üzü görüb.

Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı ağıllı şəhərlər, turizm, yenidən məskunlaşma və böyük infrastrukturun qurulması istiqamətləri üzrə böyük planlarının olduğu bildirilir. Müəllif qeyd edir ki, Azərbaycanın gələcəyinin əhəmiyyətli bir hissəsi daha çox tanınan Qarabağ, eləcə də azad edilmiş yeddi rayonlardan beşinin - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayılın aid olduğu Şərqi Zəngəzur bölgələri ilə bağlı olacaqdır və burada rəsmi Bakı müttəfiqlərinin və tərəfdaşlarının, ilk növbədə İtaliya, Türkiyə və İsrailin iştirakı ilə evlər, avtomobil və dəmir yolları, hava limanları, ağıllı şəhərlər, texnoparklar və elektrik stansiyaları inşa etməkdədir.

“İkinci Qarabağ müharibəsi alovlanmasa idi və müharibədə qalib gəlinməsə idi bunların heç biri nə mümkün, nə düşünülə, nə də aktual ola bilərdi. Çünki bütün bu layihələr 90-cı illərin əvvəllərində başlayan otuz illik erməni işğalından sonra Azərbaycanda azad edilmiş ərazilər kimi tanınan və 9 Noyabr 2020-ci il tarixində Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə - şəhərlərdə, rayonlarda və kəndlərdə həyata keçirilir”, deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Bakı hava limanından çıxarkən Azərbaycanın bir ölkə ilə yanaşı, açıq havada nəhəng bir tikinti sahəsi olması barədə ilk təəssürat yaranır. “Çünki, həqiqətən də, qüllələrdə olan kranlar, inşaat sahəsində çalışan işçilər və asfaltlama və tikinti işləri hər yerdə - həqiqətən də hər yerdə, Bakının mərkəzindən Bakının ətrafına, Bakıdan Gəncəyə, Şuşadan keçərkən və digər azad edilmiş ərazilərdə görülə bilər. Bu tikinti sahələri ölkəni uzunundan eninə, dağlardan dəniz sahillərinə qədər nəhəng bir görkəmlə əhatə edirlər. Müharibədən sonrakı vəziyyət Ermənistandan fərqli olaraq Azərbaycanda fiziki və mənəvi milli dirçəlişin sinonimi kimi oxunur, şərh olunur və yaşanır”, deyə müəllif qeyd edir.

Yazıda bildirilir ki, kiçik və böyük inşaat sahələrinin bütün ölkə ərazisinə yayılmasına baxmayaraq, onlar Qarabağda və Şərqi Zəngəzurda xüsusilə çox miqdarda mövcuddur  və şübhəsiz ki, ölçüsü və aktuallığı baxımından Füzulidə beynəlxalq hava limanının, Zəfər yolu kimi tanınan Əhmədbəyli-Füzuli-Şuşa magistral yolunun, Qafqazın Xirosiması Ağdamdan keçən Naxçıvanla Azərbaycanı birləşdirəcək yüz kilometrlərlə dəmir yolunun inşası diqqətəlayiqdir.

“Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması mövcud sərmayə, nou-hau və tələb olunan vaxt baxımından bir çağırışdır. Azərbaycan hakimiyyətinin İtaliya-Türkiyə-İsrail üçlüyünə üstünlük verərək xaricdən investisiya yatırmağa çağırışı bu xüsusda əhəmiyyət kəsb edir. İşlər ciddi şəkildə başa çatdırılmalıdır. Çünki, bu layihələr həqiqətən də, Cənubi Qafqazın hegemon gücü olan Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir”, deyə məqalədə qeyd olunur.

Müəllif qeyd edir ki, gələcək sadəcə Bakı ilə Gəncə arasında deyil, daha çox Füzuli ilə Şuşa arasında yazılacaq və bu gələcək Qarabağın tam şəkildə inkişafı və Ermənistanla müvafiq normallaşma vasitəsilə Qafqaz regionunun geniş inkişaf imkanlarının açılmasındadır.

Məqalədə bildirilir ki, bölgədə infrastrukturun qurulması sadəcə yeni yolların, magistral yolların, dəmir yollarının, hava əlaqələrinin, texnoparkların, elektrik və günəş və külək elektrik stansiyalarının inşası anlamına gəlmir, çünki hökumət başqa bir vasitə ilə - turizmlə öz əraziləri üzərində suverenliyini bərpa etməsinin ardınca gəlirləri maksimum dərəcədə artırmaq niyyətindədir.

“Turist axınını təmin etmək üçün infrastrukturun qurulması istər daxili - özünü təmin edən turizm, istərsə də xarici - beynəlxalq turizm xizək kurortları, əyləncə parkları, mehmanxanalar və digər əyləncə yerlərinin inşası deməkdir. Çünki Qarabağ və Şərqi Zəngəzur yenidən qurulduqdan sonra mərkəzdən asılı olan bölgələr deyil, ölkənin (və dünyanın) digər hissəsi ilə uyğun inkişaf etmiş, özünü təmin edən bölgələr olmalıdır. Turizm də bu məqsədə xidmət edə bilər”, deyə müəllif qeyd edir.

Jurnalist məqaləsində Azərbaycan hökumətinin bu əraziləri turizm baxımından necə cəlbedici etmək, eləcə də evlərin, mehmanxanaların və gələcək hava limanının işini necə təşkil etmək niyyətində olduğunu öyrənmək üçün Azərbaycan Turizm İdarəsinin icraçı direktoru Florian Senqstşmiddən müsahibə aldığını bildirir.

Məqalədə Senqstşmidə istinadən qeyd olunur ki, Azərbaycanda turizm nisbətən gənc bir sektordur, bu sektor ümumi daxili məhsulun 2,5%-nə birbaşa töhfə verir, dolayı gəlirlə bu rəqəm 4%-ə bərabərdir və Azərbaycan Avroviziya mahnı müsabiqəsi, İslam Oyunları, Formula 1 və Avropa futbol çempionatları kimi ən böyük tədbirlərə ev sahibliyi edən beynəlxalq bir məkandır.

Məqalədə beynəlxalq turistlərin daha çox Bakının ev sahibliyi etdiyi 2012-ci ildə Avroviziya mahnı müsabiqəsindən sonra ölkə ilə daha yaxından tanış olmağa başladıqları, bu gün Azərbaycanda turizm baxımından bütün imkanların - əla infrastrukturun, təlim keçmiş işçilərin, tematik paketləri olan səyahət agentliklərinin, tanınmış beynəlxalq markaların və alış-veriş üçün butik dükanların, italyanların da inkişafına töhfə verdiyi əla restoran və şərabçılıq müəssisələrinin olduğu bildirilir.

Senqstşmidin fikirlərinə istinadən müəllif yazır ki, Bakının Amerika tipli göydələnlərindən başqa daha çox elementləri - uzun gözəl dəniz sahili, bulvarı, idman parkları, velosiped və skeytbord yolları, çay evləri, kafeləri, hətta içində şəlaləsi olan Deniz Mall kimi Xəzərin ən böyük əyləncə kompleksi var.

“Bakı, ümumilikdə Azərbaycan İtaliyada və Avropa şəhərlərində tapıla bilən çox bənzər qədimliyin və müasirliyin birləşməsidir. Burada dar küçələr, xalça mağazaları və mistik yerlər vardır. Paytaxtın kənarında, hər şeydən bir az tapa bilərsiniz: cənub şəlalələrindən tutmuş zirvələri dörd min metrə çatan və xizək sürə biləcəyiniz, qayalara və buzlaqlara dırmaşa biləcəyiniz Qafqaz dağlarına qədər. Limondan qarla örtülü zirvələrə qədər bütün bunları bir səfərdə görmək mümkündür: çünki maşınla ölkənin cənubu ilə Böyük Qafqaz dağları arasındakı məsafə cəmi beş saatdır”, deyə Senqstşmidin fikirlərinə istinad olunur.

Qeyd olunur ki, ölkənin gözəlliklərindən istifadə edərək əldə olunan gəliri maksimum dərəcədə artırmaqla yanaşı, hökumətin əsas məqsədlərindən biri Qarabağın və Şərqi Zəngəzurun brendləşdirilməsidir və Alp dağlarına çox bənzəyən Şuşa vadisindən Kəlbəcərə qədər olan yerlər vizual və mədəni zənginləşmə nöqteyi-nəzərdən unikal təcrübələr təqdim edə bilər.

“Yuxarıda göstərilən səbəblərə görə, hökumət avtomobil yolunun və Füzuli hava limanının tikintisində olduğu kimi işğaldan azad edilmiş ərazilərin modernləşdirilməsi, habelə ərazilərin təhlükəsizliyi, yəni minaların təmizlənməsi və potensial beynəlxalq investorlar üçün adekvat planların işlənməsi üzərində çalışır”, deyə bildirən müəllif Senqstşmidin fikirlərinə istinadən qeyd edir ki, ilk addım kimi həm yerli sakinlər, həm də xaricilər üçün Ağdam və Füzuli kimi yerləri ziyarət etmək, xarabalıqları və dağıntıları, həmin ərazilərin əvvəl necə, indi necə olduqlarını və yenidən tikilməkdə olan sahələri görmək üçün ümumi olan normal bir marşrutun qurulması ola bilər.

Müəllif Azərbaycanda çox etibarlı bir tərəfdaş sayılan İtaliyanın Azərbaycanın inkişaf etməkdə olan turizm sənayesinin ən böyük dəvətliləri arasında olduğunu bildirir və Senqstşmidin fikirlərinə istinadən İtalyanın töhfəsinin yeni mehmanxanaların qurulmasından əyləncə sektoruna qədər faydalı ola biləcəyini, texnologiyaya və infrastruktura töhfə verməklə İtalyan texnologiyasının Qafqaz dağlarında süni qar istehsalı və qar örtüyünün saxlanılması üçün istifadəsi və italyan mütəxəssislərinin Qarabağdakı mədəniyyət abidlərinin mühafizəsi və bərpasına cəlb olunması imkanlarını qeyd edir.

İnvestorlarla yanaşı, Azərbaycanın italyan turistlərini də dəvət etdiyini yazan müəllif Senqstşmidə istinadən italiyan turistlərinin burada müxtəlif italyan restoranları və digər tanış mənzərələri tapa biləcəyini, bəlkə də bu səbəblərdən 2018-2019-cu illər arasında İtaliyadan gələn turist axınında 10,8% artım olduğunu vurğulayır.

Məqalədə deyilir ki, italyanlar Azərbaycana gəldikdə təhlükəsiz və multikultural bir ölkəni, ABŞ və İsraildən kənarda ən böyük yəhudi məskunlaşmasını, Qafqaz Albaniyasının qalıqlarını, kilsələri, məscidləri, Zərdüşt məbədlərini, fərqli mədəniyyətlərə və inanclara aid yerləri, Yanar dağ, Atəşgah kimi unikal yerləri görəcəklər və mədəniyyətlərin və dinlərin bu sintezi Azərbaycana səfər etməyə təşviq edən əsas səbəblərdəndir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ