Bazar günü günü, 15 noyabr 2026
     

Bakının son gedişləri İrəvanı qarışdırdı

Image


Qafan-Gorus yolu ilə bağlı baş verənlər Azərbaycanın Ermənistana verdiyi növbəti ciddi dərs kimi qəbul edilir. Hərbçilərimiz tərəfindən yolun Azərbaycan ərazisinə düşən hissəsinin bağlanması artıq Ermənistanda böyük çaxnaşma yaradıb.

Azərbaycan ərazisindən geçən Gorus-Qafan yolu Ermənistanın iki rayonunu birləşdirən əsas yoldur. Erməni siyasi şərhçi Ruben Mehrabyan bildirir ki, ölkəsi yolun həmin hissəsində Azərbaycana aid yerlərin də Rusiya sərhədçilərinin mühafizəsinə verilməsini istəyir: “Əgər bunun başqa yolu yoxdursa və o yoldan istifadənin yeganə çıxış yolu Rusiya sərhədçilərinin durmasıdırsa, bəli, belə də olmalıdır. İndi Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin görüşləri keçirilir və mən güman edirəm ki, bu məsələ də orda müzakirə olunur. Çünki hələ də 10 noyabr bəyannaməsinin 9-cu bəndinə əməl olunmayıb və regionda kommunikasiya xətləri açılmayıb, heç olmasa, bu ərazidə məsələnin həllini Ermənistan belə görür”. Ermənistanla dövlət sərhədinin Rusiya sərhədçilərinin nəzarətinə verilməsi barədə bundan əvvəl də İrəvandan təkliflər səslənib. Hər dəfə də Bakıda rəsmilər qeyd edirlər ki, Azərbaycan özünün bütün dövlət sərhədlərini özü qorumağa qadirdir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Gorus-Qafan yolunun Azərbaycan tərəfindən qapadılmasını şərh edib. Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti günahlandırıb: “Gorus-Qafan yolunun bir hissəsi sərhəd xəttinə çıxır və köhnə xəritələrə görə, Azərbaycanın ərazilərinə daxil olur. Bu situasiya 2010-cu ildə Ermənistan hökumətinin qəbul etdiyi “Administrativ ərazi bölgüsü haqqında” Qanunla möhkəmləndirilib. Ermənistan hökuməti o zaman bu gün mübahisəli hesab olunan əraziləri Azərbaycan ərazisi kimi tanımışdı. Bizə deyirlər ki, siz anklavları vermək istəyirsiniz. O zaman cavab verin görək, niyə “Şimal-Cənub” avtomagistralının layihələndirilməsi zamanı yol indi satmaqda ittiham olunduğumuz ərazilərdən keçmirdi? Nə Arazdəyəndən, nə Kərkidən, nə də Çanaxçıdan yol keçir. Mən seçkiqabağı kampaniya zamanı 1999-cu ilin sənədlərindən sitat gətirirdim. Orada hər şey var idi. Niyə layihələndirmə zamanı yol Bərgüşad boyunca və Şurnux kəndindən keçmədi? Bu imkan verir ki, bu əraziləri indiki hökumətin mübahisəli etmədiyini deyək”.  Erməni türkoloq Varujan Geqamyanın fikrincə, Bakı bu yolla İrəvana sərt təzyiqlər göstərir. Onun sözlərinə görə, Ermənistan hökuməti nəqliyyat kommunikasiyalarının açılması haqda razılaşmanı nailiyyət, uzunmüddətli sülhün qarantı, o cümlədən də qarşılıqlı sərfəli iqtisadi imkan kimi təqdim edir: “Ermənistan üçün bu belədir. Azərbaycanın isə bu sahədə problemi yoxdur. Onların yolların açılması ilə bağlı problemi yoxdur. Azərbaycanın normal inkişafı üçün onların bütün yolları var, “Türkiyə dəhlizindən” başqa. Azərbaycan üçün Ermənistanla hərbi və iqtisadi əhəmiyyəti olan hər hansı nəqliyyat qovşağı yoxdur və ola da bilməz. Azərbaycanda “açılma” sözünün iki mənası var: 1. Zəngəzurdan xüsusi statusla keçən Naxşıvan-Türkiyə yolunun açılması - Ermənistan hakimiyyəti 10 noyabrda bununla razılaşıb. 2. Ermənistanın bütün xarici dövlətlərarası yolları üzərində Türkiyənin nəzarəti. Hazırda bizi xarici dünya ilə birləşdirən ancaq iki yolumuz var, onlar da hələlik nominal olaraq Azərbaycanın və Türkiyənin nəzarətində deyil. Biri Dilicandan Gürcüstana, digəri Zəngəzurdan İrana. Sonuncu tamamilə Azərbaycanın nəzarəti altındadır. Dilicanın anklavları təhvil veriləndən sonra bizim Gürcüstana yolumuz da onların nəzarəti altında olacaq. Nəticədə bizdə yolların açılması yox, tam blokada olacaq. İndi isə təsəvvür edin ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirir: dəhliz verir, anklavları verir, əvəzində Azərbaycan Ermənistan maşınlarına İrana və ya Rusiyaya getməyə icazə verir. Azərbaycan istənilən vaxt yolu bağlaya bilər. “Ermənistanın blokadadan çıxması” Azərbaycanda “Ermənistanın tam blokadası” deməkdir, buna görə Ermənistan müstəqil inkişaf etmək imkanlarını itirəcək”.

Bunlar fonunda Qarabağda da gərginlik artır. Yayılan məlumata görə, Şuşa rayonunun Turşsu kəndi yaxınlığında Azərbaycan hərbçiləri erməni polisinin postuna gələrək postun götürülməsini tələb ediblər. Bu fakt azərbaycanlıların Laçın dəhlizini nəzarətə götürməyə hazırlaşdıqları barədə şayiələrə səbəb olub. Eyni zamanda, Qarabağın bütün ərazisində elektrik və internetin praktiki olaraq kəsildiyi bildirilir. Erməni tərəfi bunun səbəblərini açıqlamır, ancaq cümə günü işıqların kəsilməsinin davam etməsi ilə bağlı xəbərlər yayır. Ermənilər bütün bunlar fonunda qəbul edir ki, Azərbaycan istənilən vaxt onlara sarsıdıcı zərbələr vura bilər. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bu xüsusda maraqlı fikirlər söyləyib. Dövlət başçısı çıxışında strateji əhəmiyyətli ərazilər üzərində Azərbaycanın nəzarətindən danışıb:  “Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir. İstər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. 7 iyul tarixi əgər 1923-cü ildə xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. 7 iyul artıq gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 7 iyul 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair fərman mənim tərəfimdən imzalandı. Tarixi ədalət bərpa edildi”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ