Bazar günü günü, 15 noyabr 2026
     

BMT BMT olsa… Yaxud məlum beşliyin məlum üçlüyü

Image


Azərbaycan Prezidenti avqustun 24-də BMT-nin respublikamıza yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul etdi. Prezidentin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdə səsləndirdiyi fikirlər ölkəmizin dünya birliyinin məsuliyyətli və şərəfli üzvü olmasının daha bir yüksək ifadəsi oldu. Görüşdə məhz faktlar, faktlara dayalı mülahizələr deyildi – Azərbaycan-BMT münasibət, əlaqə və əməkdaşlığı sahəsindəki təcrübə, üzvlük özkeçmişimiz xatırladıldı.

Ölkəmiz BMT-yə üzvlüyünün bütün dövrlərində öz fəal mövqeyi ilə, beynəlxalq hüquq normalarına, ümumdünya nizamına töhfələri ilə seçilib. 

  • Azərbaycan BMT TŞ-də

BMT-yə 1992-ci ilin martında üzv olan Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bu, beynəlxalq birliyin böyük dəstəyi ilə - 155 ölkənin bizim namizəd-liyimizi dəstəkləməsi sayəsində mümkün olub. Əlbəttə, bu muqyasda dəstək təsadüf əsəri deyil – belə bir dəstək, ciddi tərəfdaşlığın, dövlət etibarının, Azərbaycan Prezidentinin siyasi iradəsinin, nüfuzunun təntənəsiydi. Azərbaycan Respublikası beynəlxalq nüfuz sahibidir və öz fəal xarici siyasəti ilə seçilir. 

Ölkəmiz BMT TŞ qeyri-daimi üzvlüyü müddətində də fəal mövqe tutub. Azərbaycan 2012-ci il mayın 1-dən etibarən BMT TŞ-yə sədrlik edib. (Sədrlik estafetini ABŞ-dan almış Azərbaycan bir ay sonra - 2012-ci il iyunun 1-də sədrliyi Çinə ötürüb). Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirib. Bu müddət ərzində BMT TŞ-nin ikisi Sudandakı duruma, biri isə Qvineya-Bisaudakı hərbi çevrilişə aid olmaqla 3 qətnaməsi, eləcə də, mətbuat üçün 7 bəyanatı qəbul edilib.

Azərbaycan BMT TŞ üzvlüyü dövründə önəmli məsələlərlə bağlı təşəbbüslər irəli sürüb, beynəlxalq birliyin gündəliyində duran, qlobal miqyaslı vacib məsələlərə toxunub. 

  • Azərbaycanın beynəlxalq gündəliyi

Müvafiq xatırlatmalar edən dövlət başçımız bir neçə məqama xüsusi vurğu etdi. Bu xüsusi vurğu Azərbaycan Respublikasının malik olduğu imkanları, dövlətimizin etibarını, xalqımızın humanizmini, bunlardan irəli gələn Azərbaycan multikulturalizm, multilaterizm örnəyini bir daha açıqlamış oldu.

İlyarımdi dünya birliyinin əsas ortaq mövzusuna cevrilmiş “COVİD19” mövzusu bu anlamda spesifikdi:

“BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT Baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzlə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfəmiz idi. Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir”. Bəli, söhbət məhz beynəlxalq gündəlikdən və beynəlxalq birliyin məsul üzvlüyündən gedir! – Bu plandakı töhfələri ilə Azərbaycanın BMT üzvü olaraq sərgilədiyi cəsarət, ləyaqət parlaq şəkildə görünməkdədir. Belə bir BMT üzvününü ərazisinin 20 faizi uzun illər, başqa bir BMT üzvünün – Ermənistanın işğalı altında qalınca məhz BMT-nin nüfuzu yerə düşmüş olurdu. Çünki 4 məlum qətnaməni BMT TŞ qəbul etmişdi: 822 (30.04.1993), 854 (29.07.1993), 874 (14.10.1993), 884 (24.11.1993). Bu qətnamələri 27 il sonra özü həyata keçirməli olan Azərbaycan Respublikası, bununla BMT-nin nüfuzunu da xilas etmiş oldu.

  • Azərbaycanın BMT-nin nüfuzunu necə xilas etdi?

Yəni, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixində cərəyan edən qanlı müharibənin məsuliyyəti yalnız bu müharibənin əsas səbəkarı işğalçı Ermənistanın üzərində deyil, Ermənistanı işğala sövq edən, onun beynəlxalq hüquq normalarına zidd hərəkət və hərəkətsizliklərinə göz yuman hər kəsin bu barədə məsuliyyət payı vardır. Belə məsuliyyət ilk növbədə BMT-yə aiddir. BMT TŞ-nin 4 qətnaməsi nə üçün 27 il sonra və yalnız Azərbaycanın daxili imkanları hesabına yerinə yetirilməliydi? 

BMT-nin 29 illik staja malik üzvü olan Azərbaycanın, bu icraatı 44 günə edə bilməsi (ədaləti, beynəlxalq hüququn normalarını bərpa edərək, BMT TŞ-nin qətnamələrini təkbaşına yerinə yetirməsi) bir həqiqətdir. Sual yaranır? – Bəs, BMT dünyanın ən böyük, ən nüfuzlu təsisatı olaraq, öz qərarlarının icrasını cırtdan Ermənistandan 27 il keçəndən sonra deyil, elə 1993-cü il içində kəskin tələb edə, bunu təmin edə bilməzdimi? Təmin etsəydi, Qarabağ – bəşər mədəniyyəti, tarixi üçün önəmli coğrafiyalardan biri tarimar olmaz, müxtəlif müharibə cinayətlərinin qarşısı alınar, quruculuq-abadlıq işləri daha tez, daha az itki ilə gerçəkləşərdi. Bundan yalnız Azərbaycan deyil, bütün bölgə, dünya birliyi qazanardı. Müharibəyə xərclənən zəruri xərclər digər sahələrə xərclənər, bununla bəşəri tərəqqiyə əlavə, yeni töhfələr verilmiş olardı. İşğalçılıq, terrorizm, bəşəri cinayətlər artmaz, mənfi presedentlər çoxalmazdı. Bir sözlə, öz qətnamələrinin icrasını 27 il boyunca təmin edə bilməmiş BMT, bundan sonrakı fəaliyyətində daha konkret, daha sözübütöv, daha məqsədyönlü fəaliyyət göstərməklə dünya nizamına təsirli xidmət etmiş olacaqdır. 

  • Sülhpərəvər Azərbayan 

Azərbayan sülhpərvər dövlətdir, Azərbaycan xalqı sülhpərvər xalqdır və bu sülhpərvər xalqın, dövlətin öz torpaqlarını sülh yolu ilə azad etməkçün uzun illər necə səbrlə davrandığını unutmaq olmaz. Belə olan halda işğalçılıqla regionun və özünün inkişafını dalana dirəmiş Ermənistana münasibətdə BMT-nin bəsbəlli bir yekun münasibəti, rəsmi açıqlaması olmalıdır. Öz xalqının inkişafını geri salmış, Azərbaycan xalqına zülm etmiş üzv ölkə haqqında münasibətsiz qalmaq yaxud Azərbaycanla Ermənistanı bərabər tutmaq nə BMT-yə, nə BMT TŞ daimi üzvlərinə yaraşmaz. Beynəlxalq təhlükəsizliyə zərbələr vurmuş Ermənistana haqq etmədiyi yardımlar göstərən ölkələr, bu sırada BMT TŞ daimi üzvləri, əslində, Ermənistana haqq etdiyi cəzaları kəsməli, sanksiyalar tətbiq etməli deyildimi? Haqqı nahaqqa verməklə beynəlxalq təhlükəsizlik necə qurula, necə qoruna bilər? 

Bax, BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdə Azərbaycan Prezidentinin bölüşdüyü fikirləri bu ümumi mənzərəni aydınladan fikirlər kimi gördüm. Necə deyərlər, bugünün sabahı da var. Hər ölkə Azərbaycan deyil, hər ölkə öz torpaqlarını azad etmə iqtidarında olmaya bilər – o zaman necə olsun? BMT-nin öz qətnamələrinin icraasına münasibətdə prinsipiallığı necə təmin olunmalıdır? Yaxud postsavaş dövründə BMT hansı töhfələrlə, təsirli addımlarla seçilə bilər? İşğalın ağır izlərinin aradan qaldırılmasında Azərbayacanın haqq etdiyi hansı kömək BMT tərəfindən gerçəkləşəcək? 

Ermənistanın təzminat ödəməsi mexanizminin də məlum qətnamələr kimi uzun illər almaması üçün dünya birliyi nə kimi məsuliyyət və imkanlar bölgüsü vəd edir? 1 milyon qaçqın və məcburi köçkün öz dədə-baba yurdlarına qayıtmaqçün BMT-dən, tərəqqipərvər dünyadan hansı dəstəyə ümid bağlaya bilər və s.? 

Suallar çox, cavablar o qədər də çox və dəqiq deyildir…

Bu sözləri deyərkən unutmamışıq ki, BMT-nin öz məsuliyyət çərçivəsi var; lakin onu da unutmamışıq ki, ATƏT-in “sıfır fəaliyyətli” Minsk qrupunun üç həmsədrinin üçü də, BMT TŞ-nin daimi üzvüdür… 4 məlum qətnaməni qəbul edənlərin sırasında o üç ölkə də vardı. Necə olur ki, öz qəbul etdikləri qətnamələrin icrası üçün yetərli mandata sahib ola-ola, BMT TŞ-nin məlum beşliyinin məlum üçlüyü 27 il ərzində heç bir əməli iş görmədi? O üçlük BMT TŞ-nin digər üzvlərinə təsir etdi yaxud digər üzvlər o üçlükdən yetərli tələbdə bulunmadı? Yoxsa, BMT-də mexanizm yetərsizliyi olduğumu etiraf edilməlidir?

  • Azərbaycanın 44 gündə qalmayan 44 günü…

BMT-nin Azərbaycan rezident əlaqələndiricisi ilə görüşdə, Prezidentin ötən il baş vermiş 44 günlük müharibəyə xüsusi vurğu etməsi çox manidardır. Xanım Vladanka Andreyevanın diqqətinə çatdılrıldı ki, 44 günlük müharibənin (eləcə də, 30 ilə yaxın davam edən işğalın) bütün məsuliyyəti ilk növbədə Ermənistanın üzərinə düşür. Onunla yanaşı, Ermənistanı BMT qətnamələrini icraya (beynəlxalq hüquqa riayətə) vadar edə bilməyənlərin (yaxud bunu etmək istəməyənlərin) üzərinə məsuliyyət düşür. Heç kəsə sirr deyil ki, işğalçıya qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi (BMT və ya BMT TŞ-nin daimi üzvü olan Minsk qrupu həmsdərləri Ermənistanı öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməyə məcbur etsəydi), istiqrar təmin olunardı, müharibə baş verməzdi. Yəni, BMT heç olmazsa, bundan sonrakı dönəmdə BMT olsun…

Məsələn, BMT Qaçqınlar Şurasını, UNESCO-nu heç olmazsa, postsavaş dövründə yanıbaşımızda, işlərinin başında görmək haqqımız vardır. Bilirik ki, dövlətimiz Ermənistanın işğal etdiyi ərazilərdəki tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO missiyasını bölgəyə dəvət etsə də, UNESCO ötən illər içində bundan imtina etdi. Bu imtinanı normal məntiqlə izah etmək qayət mümkünsüzdür. Müharibə dövründə əsilsiz “tutalğa”larla, bekara bəhanələrlə öz missiyasını bölgəyə göndərməkdən yayınan UNESCO, budur, indi bölgəyə gəlmək istəyində bulunur. Xeyir ola? – Ayılıblar, ağıllanıblar? Bəlkə ədalətli olmağa başlayıblar? Əsla! Bu, istəklər növbəti ikili standart tətbiqatıdır. Onlar bu dəfə “zərər görmüş erməni abidəsi” izi axtarmağa gəlir. İşə baxın ki, Azərbaycan dövləti savaşsonrası missiyasının gəlməsinə də etiraz etmir. Bu qiymətli münasibətin BMT nəzdində bir dəyər bulmasını gözləyə bilərikmi? İşğala qiymət vermə, özün öz mandatını poz, məsələn, Ermənistanın dağıtdığı abidələrə məhəl qoyma… nəhayət Azərbaycan öz qüdrətini göstərib, qızıl ləyaqətli müharibə ilə haqq-ədaləti bərpa etikdən sonra, sən gəl, qaşınmayan yerdən qan çıxarmaq istə… Olurmu?

Bəli, indi müharibə bitib, artıq gələcəyə baxılmalıdır. O gələcək, o baxış, dağıdılmış, viran qoyulmuş Azərbaycan şəhər və kəndlərinin bərpasından keçir. Ümid edək ki, BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işində öz nüfuzuna, mandatına uyğun əməkdaşlığı təmin edəcək. Bu, nüfuzu 27 illik çata malik bir qurumun özkeçmişi və öz gələcəyi üçün də önəm ərz edir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ