Bazar günü günü, 15 noyabr 2026
     

Gorus-Qafan yolu niyə bağlanıb?...

Image


Azərbaycan hərbçiləri dövlətlərarası Gorus-Qafan yolunu bağlayıb. Belə bir açıqlama ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti çıxış edib. Ermənistan tərəfi yolun açılması üçün işlərin davam etdirildiyini açıqlayıb və öz vətəndaşlarını yalnız rəsmi məlumatlara inanmağa çağırıb. Sözügedən yolda hərəkət tam dayanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə də, avqustun 25-i saat 23:00 radələrində Qafan-Gorus avtomobil yolunun Dərbənd-Şurnux ərazisindən keçən hissəsi bağlanıb və nəqliyyat vasitələri təxliyə edilib. Məlumatda o da qeyd olunur ki, Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsində mülki nəqliyyat vasitələrinin keçməsinə icazə verilib, lakin yol bağlı saxlanılır. Ekspertlər bütün bunları təsadüf hesab etmir. Belə hesab edilir ki, Azərbaycan artıq Ermənistana yeni təsir və təzyiq mexanizmlərini işə salıb. Məsələ burasındadır ki, Ermənistanda mövcud hakimiyyətin fəaliyyəti rəsmi İrəvanın hələ də Azərbaycanla sülh müqaviləsi imzalanması niyyətindən uzaq olduğunu nümayiş etdirir. Ermənistanın daha bir qeyri-konstruktivliyi sərhədlərin delimitasiya və demarkasiyası məsələsində özünü göstərir. Azərbaycanın sərhədlərin müəyyən edilməsi məsələsində sırf beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini dünya ictimaiyyəti qəbul edir. Məhz bu səbəbdən Ermənistanın sərhəd iddialarına rəsmi İrəvanın istədiyi şəkildə hər hansı ciddi beynəlxalq reaksiya verilmir. Bu fonda, ekspertlərin fikrincə, Ermənistan da konstruktiv davranmalı, beynəlxalq hüquq əsasında Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına başlamalıdır. Lakin İrəvan bunu etmir. Əvəzində Ermənistan silahlı qüvvələri sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində atəşkəsi pozmaqda davam edir. 

Elə bu səbəbdən Azərbaycan Ermənistana qarşı təzyiq mexanizmlərini işə salıb. Özü də bu təzyiq mexanizmlərinin sayı heç də az deyil. Hesab edilir ki, Azərbaycanın əlində olan daha bir mühüm vasitə Laçın dəhlizinin bağlanması, Rusiya sülhməramlılarının bölgədən çıxarılmasıdır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu xüsusda bildirir: “Azərbaycan tərəfindən güclü təzyiq var. Bunun nəticəsidir ki, Rusiya mətbuatında Azərbaycana qarşı güclü təxribatlar baş verir. Yəni ermənipərəst qüvvələr bəyanatlar verirlər və sair. Hələlik Azərbaycan tərəfindən təzyiq güclənməkdədir. Azərbaycan israrlıdır ki, Zəngəzur dəhlizi öz həllini tapsın. Dəhlizin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir. Ermənilər bundan imtina etsələr, hesab edirəm ki, Laşın dəhlizinin vaxtından əvvəl geri alınması məsələsi gündəmə gələcək. Laçın dəhlizi müddətli, Zəngəzur isə müddətsizdir. Yəni biz bu müddətdən əvvəl Laçın dəhlizinə nəzarətimizi bərpa edə bilərik. Qarabağda isə həmin ermənilər qalacaqlar ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Digərləri isə, rus sülhməramlılarına rəğmən, qaçacaqlar. Qısa müddətdə bunun şahidi olacağıq. Su yoxdur, işıqlar sönür və sair. Müəyyən hadisələr baş verir ki, bunun nəticəsində orada yaşayanlar qaçırlar. Həm də onu görürlər ki, Azərbaycan ciddi şəkildə azad olunmuş ərazilərə qayıtmağa hazırlaşır. Görülən işlərin miqyasını görəndə başa düşürlər ki, onların orada gələcəkləri yoxdur”.

Təbii ki, bütün bunları Ermənistanda da sezirlər. Azərbaycanla sərhəddə və rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə, o cümlədən Laçın dəhlizinə yaxın yaşayan ermənilərin dəhlizin bağlanması barədə son günlərdə narahatlıq ifadə etməsi də bununla əlaqədardır. Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı bildirir: “Hazırda ən yaxın məsafədən, Laçın dəhlizindən Xankəndi yaxınlığında yerləşən Şuşanın kəndlərinə qədər ərazilərdə baş verən hadisələri vizual olaraq izləyə bilirik. İndi isə müşahidə və nəzarət fəaliyyətləri həm dəhlizin başladığı ərazi, həm də Xankəndi istiqamətində yerləşən Şuşanın Qaybalı və Xəlfəli kəndlərinə qədər ərazilərdə genişləndirilib. Bu ərazilərdə olan mövqelərimiz rusların nəzarətində olan həm Laçın dəhlizinin, həm də Şuşa -Xankəndi yolunun detallı bir şəkildə izlənilməsini təmin edir. Xəlfəli kəndindən Xankəndiyə çəkilən su xətti yaxınlığındakı yüksəklikdə Bayrağımız da dalğalanır. 14 km-lik Şuşa-Xankəndi yolunun 7 km-lik ərazisində əsgərlərimiz xidməti vəzifələrini yerini yetirir. Mövqelərin mühəndis təminatı davam edir. Dəhliz və rusların nəzarətində olan ərazilərimizin on kilometrlərlə dərinliyi müşahidə məntəqələrinin və bu məntəqələrdə olan müxtəlif vasitələrin, o cümlədən elektron optik və digər termal texniki vasitələrin köməyi ilə 24 saat müşahidə altında saxlanılır. Baş verən proseslər Azərbaycan ordusunun məqsədlərinə doğru inamla irəlilədiyini göstərir”. Bütün bunlar Azərbaycanın Ermənistan üzərində üstünlüyünü bir daha təsdiq edir. İndi belə vəziyyətdə Ermənistan ya Azərbaycanla razılığa gəlməli, ya da daha böyük təzyiqlərlə üzləşməyə hazır olmalıdır. Azərbaycan seçim üçün indiyə qədər Ermənistana kifayət qədər vaxt verib. İrəvan yaxın tezlikdə müvafiq addımlar atmasa, daha böyük itkilərlə üzləşməli olacaq.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ