Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan “Şimal-Cənub” dəhlizi məsələsində Azərbaycandan tam asılı vəziyyətə düşdü

Image


Bu gün Ermənistanın əsas istəklərindən biri regionda transmilli layihələrə qoşulmaqdır. Amma bunun üçün Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması əsas şərt kimi çıxış edir. Bu, Ermənistanın çoxdan qoşulmaq arzusunda olduğu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə də aiddir.

Qeyd edək ki, Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” nəqliyyat dəhlizində Cənubi Qafqaz regionu mühüm yer tutur. İndiki halda regionda yalnız Azərbaycan “Şimal-Cənub” dəhlizinin həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Xüsusən də Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi  “Şimal-Cənub” dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol onayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bunun üçün hazırda Rəştdən İran Astarasına dəmir yolu inşa edilir. Rəşt-Astara dəmir yolunun inşasına Azərbaycan da öz töhfəsini verməkdədir. Belə ki, Azərbaycanla İran “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu məntəqəsinin tikintisinin maliyyələşdirilməsini razılaşdırıb. Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycan İrana 500 milyon dollar kredit ayırmaq barədə qərar qəbul edib. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Çənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əsas rol oynayacaq. Belə ki, “Şimal-Cənub” dəhlizinin dəmir yolu seqmenti tam hazır olduqdan sonra yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına daxil olacaq. Buradan yüklər qatarlara yüklənərək İran, Azərbaycan və Rusiya üzərindən birbaşa Şimali Avropaya, Finlandiya və Niderlandın limanlarına daşınacaq. Bu arada bəlli olub ki, İranın Çabahar Azad İqtisadi Zonası (AİZ) Ümumdünya Azad İqtisadi Zonalar Təşkilatına üzv olub. Mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərində yerləşən təşkilata Asiyada, ABŞ və Avropada fəaliyyət göstərən azad iqtisadi zonalar daxildir. Çabahar AİZ-nin baş direktoru Əbdülrəhim Kordi bildirib ki, Çabahar limanı yalnız İran üçün deyil, regiondakı bütün dövlətlər üçün əhəmiyyətlidir: “Liman dünyadakı 10 ən böyük yükaşırıma imkanı olan limanlar sırasına daxildir. Bu liman vasitəsilə Asiya ilə Avropa nəqliyyat əlaqələri qurub ticarət dövriyyəsini artıra bilər. Limanın strateji xarakter daşıyan məntəqədə yerləşməsi ona qitələr arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı verib”.

Oman dənizi sahilində yerləşən limanın Hind okeanına çıxışı olmaqla yanaşı, Asiyanın 21 dövlətini, 800 milyon əhalisi olan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropanı nəqliyyat əlaqəsi baxımından birləşdirir. Hazırda liman 8,5 milyon ton yükaşırımına malikdir. Çabahar limanında yaradılan AİZ idxal-ixrac əməliyyatlarının miqyas və həcmini artırır. Bu liman “Şimal-Cənub” dəhlizinin fəaliyyətində aparıcı rola malikdir. Cənub-Şərqi Asiya dövlətlərindən Çabahara daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Avropaya daşınacaq. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm formalaşmasında, həm də fəaliyyətində aparıcı rol oynayan dövlətlərdəndir. Çabahar limanı vasitəsilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan üzərindən keçəcək ki, bu da ölkəmizin logistika mərkəzinə çevrilməsini şərtləndirir. Bu istiqamətdə Azərbaycanla İran arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan dəhliz çərçivəsində lazımi işləri həyata keçirərək İranla dəmir yollarını birləşdirib, Bakıdan İranın sərhədinə kimi magistral yolu beynəlxalq standartlara uyğun olaraq yenidən qurub. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma imkanı artırılıb. Ümumiyyətlə, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan üçün olduqca mühümdür. Bu dəhliz vasitəsilə yalnız bir istiqamətdən deyil, iki istiqamətdən Avropaya və əks istiqamətə göndərilən yüklər tranzit olaraq ölkəmizin üzərindən daşınacaq. Birinci istiqamət Astara (Azərbaycan) dəmir yolu vasitəsilə reallaşacaq. İkinci istiqamətdə isə Körfəz ölkələrindən İranın Bəndər Abbas limanına daxil olan yüklər yenə də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən Avropaya daşınacaq. Bu isə Azərbaycana külli miqdarda valyutanın daxil olmasını şərtləndirir. Hazırda Qafqazda “Şimal-Cənub” dəhlizində həlledici mövqe sahibi kimi Azərbaycan çıxış edir. Ölkəmiz dəhlizlə bağlı bir sıra vacib sınaqlara da start verib. Bir müddət əvvəl  Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisindən keçməklə təyinat nöqtəsinə çatıb. Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılıb. İranda Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra qatarlar daha çox dəmir yolu ilə daşınmaları həyata keçirəcək. Dəhlizlə bağlı baş verənlər və Azərbaycanın burada rolu Ermənistanda ciddi narahatlıq yaradır. Ermənistan son 20 ildə bu dəhlizin onun ərazisindən keçməsinə çalışıb. Lakin bunun üçün heç adi infrastruktur belə qura bilməyib. Ötən illər ərzində Ermənistan İrandan magistral yol, dəmir yolu xətti çəkmək niyyətində olub. Amma bunların heç biri həyata keçməyib. Ermənistanın maliyyə və iqtisadi vəziyyəti bundan sonra da İran istiqamətində dəmir yolu və beynəlxalq standartlara uyğun avtomagistral çəkilişinə imkan vermir. Bununla belə, erməni tərəfi hələ də “Şimal-Cənub” dəhlizinə qoşulmaqda xüsusilə maraqlıdır. Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmasını indiki şərtlər daxilində təmin edə bilən yeganə ölkə Azərbaycandır. Lakin bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamalı, ölkəmizlə sülh müqaviləsi imzalamalı, Zəngəzur dəhlizinin işə düşməsi prosesini sürətləndirməlidir. Bunlar olacağı halda Ermənistan Rusiya və İrana dəmir yolu vasitəsilə çıxış imkanı əldə edəcək, “Şimal-Cənub” Dəhlizinə qoşula biləcək. Digər tərəfdən, “Şərq-Qərb” nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi “Şimal-Cənub” dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Ermənistan bütün bunları nəzərə almalı, Azərbaycanla münasibətlərini mümkün qədər tez normallaşdırmağa çalışmalıdır.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ