Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanda yeni vətəndaş qarşıdurması parlamentdən başladı

Image


Son günlərdə Ermənistanda parlamentin iclasları dava-dalaşsız ötüşmür. Xatırladaq ki, parlament davaları Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını qanunverici orqanda tədqim etməsi fonunda başlanıb.

Proqramın təqdimatı zamanı müxalif deputat, “Şərəf duyuram” fraksiyasının təmsilçisi Anna Mkrtçyan Paşinyanı kapitulyant adlandırıb. Hakimiyyətə bağlı deputatların buna sərt reaksiya verməsi ilə qarşıdurma yaranıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan isə Anna Mkrtçyana haqq qazandırıb: “Nikol Paşinyan kapitulyantdır. 10 noyabr gecəsi gizli şəkildə kapitulyasiya sənədi imzalayan kapitulyant deyilsə, bəs nədir?”. Vanetsyan bildirib ki, hər bir deputatın öz üslubu var və Anna Mkrtçyan nə deyirsə və ya edirsə, bu, onların fraksiyası tərəfindən razılaşdırılıb. Bütün bunların ardınca çox keçmədən parlamentdə ara yenidən qarışıb. Bu dəfə müxalif  “Ermənistan” blokundan deputat Vaqe Akopyanın çıxışı zamanı hakim partiyadan deputatlar ona atmaca atıb, nəticədə əvvəl qarşılıqlı təhqirlər yağdırılıb, ardınca əlbəyaxa çəkişmə başlayıb. Ertəsi gün  “Vətəndaş müqaviləsi” partiyasından deputat Ayk Sarkisyan çıxışı zamanı “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanı korrupsiyada və xəyanətdə ittiham edib: “Sizin vaxtınızda kim istəsə, pulunu verib ordudan yayınırdı” deyib. Buna cavab olaraq Seyran Ohanyan Ayk Sarkisyana tərəf su butulkası atıb. Dərhal iqtidardan və müxalifətdən olan başqa deputatlar da butulkalara əl atıblar və parlamentdə əsl butulka davası başlayıb. Ara qarışıb və baş nazir Nikol Paşinyanın qaynı, “Vətəndaş müqaviləsi” partiyasından deputat Qraçya Akopyan da müxalifətçi deputatların üstünə hücum çəkib. “Qraparak” qəzetinin müxbiri bu səhnəni telefonla çəkəndə Akopyan onun ünvanına küçə söyüşü söyüb. Daha sonra Paşinyanın qaynı bildirib ki, Seyran Ohanyanın Ayk Sarkisyana butulka atmasına görə özündən çıxıb: “Seyran Ohanyan butulkanı götürdü və Ayk Sarkisyana tərəf atdı. Sonra da bütün bunlar oldu. Bilin ki, bu müxalifətçilər kimlərdir”. Qraçya Akopyan Ayk Sarkisyanın dediklərini təsdiqləyib və bildirib ki, keçmiş müdafiə nazirinin vaxtında orduda korrupsiya baş alıb gedirdi. Paşinyanın qaynı onu vətən xaini adlandırıb.

Onu da qeyd edək ki, parlamentdə əlbəyaxa davalara hər dəfə mühafizə qüvvələri müdaxilə etməli olub. Ermənistan parlamentinin " Şərəf duyuram” və "Ermənistan" fraksiyaları artıq qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyib. İki müxalifət fraksiyasının yaydığı birgə bəyanatda qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir. "Hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi günlər parlament tarixinin ən biabırçı səhifələrindən biri olacaq. Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var – Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş müqaviləsi" partiyası. Biz cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik". Ermənistanın “Armfighting” Federasiyasının prezidenti, döyüş sənətləri ustası Ayk Qukasyan isə parlamentdə hakimiyyət və müxalif fraksiya deputatları arasında əlbəyaxa davalara maraqlı münasibət bildirib: “Millət vəkilləri turnirlərə qatılmaq üçün müraciət etsələr, onları yaxşı məşq etdirəcəyik, yaxşı nəticələr əldə edə bilərlər. Amma məncə, millət vəkillərimiz üçün bu davranış qəbuledilməzdir. Onların edə biləcəyi və etməli olduğu çox iş var. İlk növbədə, ölkəmizdə əminamanlıq yaratmaq üçün nəsə etsinlər. Millət vəkilləri boks rinqini Milli Məclisə köçürmək əvəzinə, təhsilə, xüsusən də sərhəd kəndlərdəki məktəblərə diqqət ayırsınlar. Oradakı məktəblərin əksəriyyətində bədən tərbiyəsi tədris edilmir. Bəli, bu, müharibə təhlükəsi ilə üz-üzə olan ölkədə baş verir. Mən bu barədə dəfələrlə danışmışam, problem həll olunana qədər də danışacağam. Heç bir ölkə lideri ağzımı yuma bilməz. Mən heç bir siyasi tərəfi təmsil etməmişəm və etməyəcəyəm”.

Belə bir vaxtda "Joxovurd" qəzeti yazıb ki, Ermənistanın yüksək vəzifəli şəxsləri parlamentdəki konkret 4 şəxsə qarşı dözümsüzlük göstərməyi əmr edib: “Bunlar "Ermənistan" parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan, Vaqe Akopyan və “Şərəf duyuram” fraksiyasından Anna Mkrtçyandır.  "Vətəndaş müqaviləsi"ndən olan deputatlar Vaqe Akopyanı Zəngəzurda baş nazir Nikol Paşinyana, İşxan Saqatelyanı İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları təşkil etməkdə ittiham edirlər. Səlahiyyətlilər İşxan Saqatelyanın bu sözlərini unutmur: "Sizə Milli Məclisdə rahatlıq verməyəcəyəm". Seyran Ohanyanı 44 günlük müharibədən sonra hakimiyyəti "tərk edib" ikinci prezident Robert Köçəryanın yanına getdiyinə görə "bağışlamırlar". Anna Mkrtçyanın bağışlanmaz səhvi isə Nikol Paşinyanı "təslimçi" adlandırmasıdır. İndi səlahiyyətlilər parlamentdə bu insanlara rahatlıq verməmək məqsədi güdür və parlament davalarında əsasən sözügedən şəxslər "Vətəndaş müqaviləsi"nin deputatları tərəfindən hücuma məruz qalır. Hakim fraksiya bütün bunları uzun müddət davam etdirəcək". Erməni ekspertlər qeyd edir ki, bu, artıq vətəndaş qarşıdurmasının parlamentdən başlanmasının təzahürüdür.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ