Bazar günü günü, 15 noyabr 2026
     

Təbii səngər-qala abidəsi - İlandağ... faciələri, hay kilsəsinin izi ilə...

Image


Naxçıvan şəhərindən 20 km şərqdə, Toğluca dağlıq silsiləsinin şimal-qərb hissəsində, 2412 m yüksəkliyə ucalan, Əlincə və Gilan çaylarının suayrıcısı olan vulkanogen mənşəli İlandağ Türk-Müsəlman dünyasının tarixi maddi-mədəniyyət və sakral-ruhani ocağı (e.ə. II-I minilliyə aid daş-gil  kitabələri, IX-XVIII əsr qala divarları və qüllələri...) olmaqla yanaşı, həm də XIX-XX əsrlərdə Naxçıvan mahalında mürtəce hay kilsəsinin təcavüzkar hədəflərindən biri olub.

Şumer yazılı daş-gil kitabələrdə adı-ünvanı çəkilən, təbii şəraiti təsvir edilən İlandağın dini-ruhani müqəddəsliyi Haça qaya kimi yozumunda da mənalandırılmaqla yanaşı, həm də nahiyənin, bütövlükdə bölgənin ziyarət-ibadət ocağı kimi özündə minilliklər tarixini (“Naksuana” toponimi ilk dəfə II əsrdə yunan alimi K.Ptolomeyin (100-170) “Coğrafiyaya rəhbərlik” əsərində çəkilib, koordinatları tərtib etdiyi xəritədə verilib), dünya yaradılışını, antik dünya sivilizasiyasını, əski Türk-Müsəlman dini fəlsəfəsini, əfsanələrini, rəvayətlərini (“İki dağ”,”Ağrı və Haça dağ”, “Gəlinqayası”, “Gəmi qaya”...) ... yaşadır.

Türk-Müsəlman dünyasının tarixi, Naxçıvan bölgəsi barədə XIII əsrdə Roma papasının səfiri Qilyom Rubrukun (1220-1293) “Şərq ölkələrinə səyahət” kitabında,  XVII əsrdə fransız səyyahı Jan Şardenin (1643-1713)... əsərlərində qiymətli məlumatlar verilir. Bu baxımdan J.Şardenin 1711-ci ildə Amsterdam şəhərində çap edilmiş “Qara dənizi və Kolxida ovalığını keçməklə İrana və Şərqi Hindistana səfərin gündəliyi” kitabında qeyd olunub ki, Avropa krallarının Osmanlı Türkiyəsinə və Azərbaycan Səvəfilər dövlətinə qarşı hücum edəcəkləri halda “erməni”lərə arxalanmağı hay kilsəsinin vəd verməsi müəllif tərəfindən heyrətlə qarşılanıb (bu toplumun xislətinin dəyişilməzliyinə bir sübut).

Dini rəvayətə görə, dünyanın su altında qaldığı zaman Zəngəzurun Gəmiqaya zirvəsindən (3726 m) Ağrıdağ (5137 m) istiqamətinə üzən həzrəti Nuh peyğəmbərin gəmisi bu dağa toxunaraq, onu iki qoşa-haça zirvəyə ayırıb və irfani inamın, duyğusal inancın yaranma məkanı (məqamı) kimi məna daşıyan İnamdağ və ya Haçadağ oro-teotoponimlərinin yaranmasına vəsilə olub. Bu teotoponimin yerli şivə-dialekt tələffüzünə uğraması, təbii ki, uğurlu olmayıb. Belə ki, Bütöv Azərbaycanın antik dünya sivilizasiyasının mərkəzlərindən biri olan İnam(c)dağ həm də bəşər cəmiyyətinin mərkəzi kimi dini-tarixi əhəmiyyətə malikdir.

Düşmənlərimizn məkrli niyyətlərinin, fasiləsiz hücumlarının Naxçıvana yönəlmə səbəblərindən biri də məhz bu amildir.

İlandağ-İnam(c)dağ ətrafındakı qədim Əlincə, Qazançı, Göydərə (Qobustan və Lerik rayonlarında da Göydərə kəndi mövcuddur), Xanəgah (Quba rayonunda da bu adda kənd, Hacıqabul rayonunda məbəd-ziyarəgah ocağı var) ... kəndləri də əski tarixiliyi və dini-irfani zənginliyi baxımından fərqlənən yaşayış məntəqələridir. Bu kəndlər beynəlxalq əhəmiyyətli iqtisadi-ticarət və strateji baxımdan əlverişli siyasi-hərbi mövqeyə malik olub. Çünki Türk-Müsəlman dünyasının mistik-ilahi inanc təsəvvüfünə görə, halal ticarət yolları həmişə müqəddəs ibadətgahların, ziyarət yerlərinin yanından (yaxınlığından) keçib, simsarlıqda tikilən karvansaraylar həm də dini-irfani ibadət məkanı rolunu oynayıb (Türk obalarında ibadət ocaqları da həmişə mərədə (ortada) tikilib).

Uzaq Şərq ölkələrindən Aralıq dənizi hövzəsi və Qərbi Avropa ölkələrinə uzanan qədim “İpək yolu”nun Azərbaycandan keçən hissəsi Şirvan, Mil, Qarabağ, Zəngəzur və Naxçıvan mahallarının sakral-ruhsal ərazilərindən keçib (“həm ziyarət, həm ticarət” kəlamının etimoloji mənasını doğuran amil bundan qaynaqlanır). Bütöv Azərbaycan miqyasında bunca halal məkan - ibadət ocaqlarından biri kimi seçilən İlan dağ-İnam(c)dağ, Culfa nahiyəsi istisnalıq təşkil etmədiyi kimi, düşmən(lər) gözünə də  ox kimi batmaqda, onların dincliyini pozmaqdadır, minilliklər boyunca olduğu kimi.

Təsadüfi deyil ki, bu məkrli niyyətlər hay kilsəsinin XIX-XX əsrlər boyunca mürtəce fəaliyyətinin əsas istiqamətinə çevrilib. Mürtəce hay kilsəsinin bu məkrli niyyəti aşağıdakı məqsədlərə yönəlib0:

-bəşər cəmiyyətinin dini-dünyəvi qədim sivilizasiya mərkəzi olan Naxçıvanı öz adlarına çıxmaqla “hay sürüsünü” sivilizasiyalı qələmə verməyə;

  -bu baxımdan hay sürüsünün dünyanın ”ən qədim xalqı” adına yiyələnməyə;

-Türkiyə və Azərbaycan dövlətləri arasında birbaşa quru sərhədlərinin (əlaqələrinin) aradan qaldırılmasına;

  -beynəlxalq əhəmiyyətli Naxçıvan-Təbriz-Tehran yolunun ələ keçirilməsinə.

Məhz bu mənfur niyyətlərinə çatmaq üçün bütün əsrlərdə hay kilsəsi güclərini səfərbər etməyə məcbur olub, xüsusilə XX yüzildə, baş keşişlər V Qevorq Surenyantsın (1847-1930), VI Qevorq Çörəkçiyanın (1868-1954), N.A.Sarkisyan-I Qareginin (1932-1999), K.Q.Nersisyan-II Qareginin (1951)... dövründə. Bu dinsizlər nəinki Naxçıvanın, bütünlüklə Azərbaycan dövlətçiliyinin əleyhinə beynəlxalq miqyasda pozuculuq fəaliyyəti göstəriblər.

Naxçıvan-Zəngəzur bölgəsi üzrə Türk-Müsəlman əhalisinə qarşı soyqırım qətliamlarının törədilməsi ilə yanaşı, bu ərazilərdə Arazboyu tarixi, maddi-mədəniyyət, dini-sakral ocaqların dağıdılması, yox edilməsi, son ucda isə “erməni”ləşdirilməsi kimi məkrli məqsədlərini həyata keçirməyə cəhd göstəriblər. Bu şiddət, xüsusilə XX əsrin əvvəllərində, 1904-1906-cı (bu dövrdə Naxçıvanda 200-dən çox kənd məhv edilib, 10 min nəfər dinc sakin qətlə yetirilib) və 1914-1920-ci illərdə Naxçıvan qəzasının Culfa, Şərur-Dərələyəz, Ordubad nahiyələrinin kəndlərində (Cəhri, Zeynəddin, Nursu, Qaraxanbəyli, Nehrəm, Yaycı, Çənnəb, Aza, Əylis, Bist, Kültəpə, Əliabad, Şıxmahmud, Çeşməbasar, Tivi, Tumbul) A.Ozanyanın başçılığı ilə hay-daşnak qüvvələri tərəfindən daha da güclənib.

Hay kilsəsinin və A.Ozanyanın birləşmiş silahlı qüvvələri (8 min nəfər əsgər-zabit heyəti, 4 top, 6 pulemyot) 1917-1919-cu illərdə Cənubi Azərbaycanda, Xoy şəhərində qərarlaşmış Böyük Britaniya-Hind silahlı qüvvələrinin komandanı, general Uilyam Montqomeri Tomsonun (1877-1963) dəstəyinə arxalanaraq Naxçıvan qəzasının Culfa nahiyəsində İlandağ-İnam(c)dağ hövzəsinin Yaycı kəndində soyqırım qətliamı törədib (20-25 iyun 1918-ci ildə), 4 min nəfər dinc sakini amansızlıqla qətlə yetirib, xeyli insan isə Araz çayının sularına qərq olub. 14 iyul 1918-ci ildə Naxçıvan şəhərində 3000 piyada və 600 süvari quldur dəstəsi ilə qırğın törədən A.Ozanyan Yaycı kəndindən Ordubad nahiyəsinə adlayaraq yolboyu kəndlərdə də (Nurs, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənənyar, Camaldin, Ərəzin...) 2 min nəfər Türk-Müsəlman əhlini qılıncdan-süngüdən keçirib.

Həmin qanlı facələrin şahidləri olmuş Darı dağın ətəyindəki Ərəzin kənd sakinləri Sərdar Salman oğlu Xudiyev (1898-1937), İbrahim Məsim oğlu İbrahimov (1895-1985), Həsənqulu Sadıq oğlu Hacıyev (1909-1992)... hay-daşnak quldurlarının vəhşiliklərini heç vaxt unutmur, o qanlı olaylardan söhbət düşəndə göz yaşlarını saxlaya bilmirdilər. O xatirələrdən bir acı səhifə:

-Kərbəlayı Ağaverdi (1885-1918) quldurlardan qorunmaq üçün üç uşağı ilə birlikdə həyətindəki təndirdə gizlənir, amma azğınlaşmış vəhşilər onları tapır, hamısını nizədən-süngüdən keşirərək qətlə yetirirlər... Həsənqulu Sadıq oğlu o vaxt  qoyun-quzu otarırmış Darı dağın ətəyində, hay-daşnak dəstəsi heyvanları sürüb aparıb, özünü isə belindəki kəmərlə o qədər döyüblər ki, birdə səhər ayılıb (şehli otun təsirindən), gedib dağdakı  “Alməmməd piri”nə (kənddən 5 km aralıdır), qorxudan bir neçə gün orda qaldıqdan sonra kəndə qayıdıb.

Ərəzin kəndində 1918-ci ilədək 10-15 hay ailəsi yaşayıb, onlar yüzbaşı Kərbəlayı Məsim İbrahim oğlunun təsərrüfatında işləyirlərmiş, həmin qırğınlardan sonra köçüb gediblər.

Bölgədə Cənubi Azərbaycandan köçürülən hay sürüsünün yerləşdirilməsi Səfəvi hökmdarı I Şah Abbasın (1571-1629) dövrünə təsadüf edir.

Naxçıvan qəzasının Türk-Müsəlman əhalisinə qarşı 1918-1919-cu illərdə hay kilsəsinin və hay-rus birləşmiş qüvvələrinin soyqırım faciələrinin qarşısının alınmasında Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə dəstələrinin köməyinə gələn Osmanlı Türkiyəsinin 1-ci Qafqaz Ordusu (albay Kazım Qarabəkir paşa başda olmaqla), 3-cü Ordu korpusunun 11-ci Qafqaz və 12-ci piyada alayı, Cənubi Azərbaycandan gələn general İbrahim xan Kəngərlinin (o, Maku, Xoy, Urmiya əyalətlərində hay-kazak quldurlarına qarşı da döyüşüb) nizami süvari-piyada tağımı... mənfur düşmənə layiqli zərbələr endiriblər (Naxçıvan-Şərur, Naxçıvan-Culfa cəbhə xətti boyunca).

Rusiya çarı II Yekaterinanın (1729-1796) əmri və hay kilsəsinin razılığı ilə 1779-cu ildə Krım xanlığı ərazisindən köçürülən hay sürüsü Don çayı sahilində, Rostov şəhərinin bir hisəsində məskunlaşaraq qondarma “Naxçıvan” şəhərinin əsasını qoyub. Həmin dövrdən başlayaraq hay kilsəsinin “incə” siyasəti davam etməkdədir, beynəlxalq miqyasda təbliğat vasitəsi ilə “Naxçıvan”ın bütünlüklə əhalisinin “erməni”lərdən ibarət olduğu bildirilir. Hansı Naxçıvanın? Təbii ki, hay xislətinə bələd olmayanların əksəriyyətinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası barədə məlumatı olmaya bilər, amma dövriyyədə “Naxçıvan” toponimi var...

Yaxın keşmişə dair bir neçə fakta diqqət edək.

Çar Rusiyasının generalı İ.A.Bezborodko (1756-1815) 1812-ci ildə Rusiyanın cənub əyalətlərinə səyahət edib və”Naxçıvan”da bütünlüklə “erməni”lər yaşadığını qeyd edib. Digər bir general N.N.Ryaevski (1779-1829) 1820-ci ildə A.S.Puşkinlə (1799-1837) Qafqazda olarkən, fransız yazıçısı, Fransa Coğrafiya Cəmiyyətinin üzvü Adel Omer de Qell (1819-1883) 1860-cı ildə Paris şəhərində çar etdirdiyi “Xəzəryanı çöllərə və Rusiyanın cənubuna səyahət” kitabında... “Naxçıvan”ın “qonaqpərvər erməni əhalisini” xüsusilə yad edib.

Hay kilsəsi bu “məxməri siyasəti”ni - Türk-Müsəlman mənşəli toponimləri öz adlarına çıxmaqla ayrı-ayrı coğrafi ərazilərin onlara məxsusluğu barədə uydurma, amma mürtəce əməlini hələ də dəyişməyib.

Qismət  YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi

R.S. Naxçıvan mahalının bir sıra kəndlərinin adı zaman-zaman hay kilsəsi tərəfindən “erməni”ləşdirilib - Şahbuz rayonu “Şaxapunik”, Culfa rayonu, Əbrəqunus kəndi - “Aprakunis”, Culfa şəhəri -“Xin Djuqa”, Ordubad şəhəri -“Qoxtan”, rayonun Kələki kəndi-“Kaxakik”, İlandaq və ya İnam(c)dağ -“Vişapasar” ... kimi.

(Yazının hazırlanmasında həm də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Ərəzin kənd sakini Sənan Məhəmmədəli oğlu İbrahimovun (1959)  məlumatlarından istifadə edilib)




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ