Bazar günü günü, 15 noyabr 2026
     

Makronun Mişel həmyerlisi, Qərbə 2.6 milyarda satılmış Ermənistan, Putinin başını bələyən Paşinyan…

Image


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Ermənistan səfəri bəzi parametrlər baxımından xüsusi diqqət cəlb etməkdədir. Şarl Mişel artıq Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşüb.

Yayılan məlumatlardan belə bəlli olur ki, Avropa Ermənistanla münasibətləri daha da genişləndirmək niyyətindədir. Bu isə bütün parametrlər üzrə Rusiyadan asılı olan Ermənistanın Moskvaya növbəti xəyanəti hesab edilə bilər. Bu gün Ermənistanın qurulmasının və indiki ərazilərdə mövcud olmasının ən böyük səbəbkarlarından biri Rusiyadır. Amma Paşinyan iqtidarı yenə Rusiyaya xəyanət yolu tutur.

Məsələ burasındadır ki, ölkədə hələ də ağalıq edən Soros Fondu və bir sıra digər Qərb fondlarının dəstəyi ilə küçədən hakimiyyətə gələn Nikol Paşinyan istər müxalifətdə olarkən, istərsə də baş nazir kürsüsündə əyləşən kimi Rusiyaya qarşı radikal çıxışları və addımları ilə seçildi. Onu dəstəkləyən Qərb qüvvələrinin məqsədi isə, nəyin bahasına olursa olsun, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Ermənistan daxilində rusofob mühit yaratmaq idi. Bu istiqamətdə Moskvanın himayəsində olan rus biznes kampaniyalarına qarşı siyasi təqiblər, Rusiyaya yaxınlığı ilə seçilən ictimai fəallara, siyasi partiyalara və mediaya qarşı ciddi təzyiqlər hələ də səngiməyib. Hakimiyyətə gəldiyi ilk gündən Qərbyönümlü siyasəti ilə diqqət çəkən Paşinyanın heç zaman sözü ilə əməli üst-üstə düşməyib. Qeyri-ciddi çıxışları və obrazı ilə siyasət meydanında biabır olan Paşinyanın Rusiyaya növbəti xəyanəti də haradasa gözlənilən idi. Halbuki, Paşinyan hər dəfə çətinliklə üzləşəndə onu Rusiya, şəxsən prezident Vladimir .Putin xilas edib. Amma Paşinyan yenə Rusiyaya xəyanət yolu tutur. Elə bunun nəticəsidir ki, NATO ilə yanaşı, Ermənistanın Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin genişləndirdiyi də müşahidə olunur.

Bununla yanaşı, Ermənistanda son dövrlərdə yenə Soros Fondunun yenidən fəallaşması müşahidə edilir. Xatırladaq ki, hələ 2018-ci ildə Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət oldu. Parlament seçkilərindən sonra da bu hal davam edir. Xatırladaq ki, hələ o vaxt “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib. Sorosun adamı olan bu şəxs uzun müddət qeyd edilən vəzifəni icra edib. Parlament seçkilərindən sonra bu günlərdə Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi və xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edib. Onu da unutmaq lazım deyil ki, postsovet məkanında “rəngli inqilablar”ın əsas sponsoru olan Corc Soros və eyni adlı fond çoxdandır Rusiya rəhbərliyini də ciddi narahat edir. Bu fonda Avropa İttifaqı da maliyyə sarıdan Ermənistanı “işğal etməyə” hazırlaşır. Qeyd edək ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına daxil olan, ancaq assosiasiya sazişi imzalamayan 3 ölkəyə – Azərbaycan, Belarus və Ermənistana “Bərpa, Yenidənqurma və İslahatlar” adlı yardım proqramını açıqlayıb. Bu ölkələr arasında ən az vəsait ayrılan Azərbaycandır – 140 milyon avro. Eyni proqram çərçivəsində Ermənistana 1,6 milyard, Belarusa isə 870 milyon avro vəsait ayrılıb. Amma indi bəlli olur ki, Avropa İttifaqı Ermənistana ayrılan yardımı 1,6 milyarddan 2,6 milyard avroya qədər artıra biləcəyini açıqlayıb. Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhey bu istiqamətdə beş prioritet proqrama diqqət çəkib və bildirib ki, bu proqramlar iqtisadi böyüməni, yeni iş yerlərinin açılmasını, ümumiyyətlə, güclü iqtisadiyyatı təmin etməyi nəzərdə tutur. Varhey qeyd edib ki, vəsaitlər kiçik və orta müəssisələrin dəstəklənməsinə, rabitənin inkişafına, şimal-cənub avtomobil yolunun inşasına, informasiya texnologiyalarına qoyulan investisiyanın artımına, Ermənistanın cənub bölgələrinin gücləndirilməsinə yönəldiləcək. Amma ekspertlər bildirir ki, bununla Avropa İttifaqı iqtisadi cəhətdən Ermənistanı Rusiyadan qoparmağa çalışır. Elə bu səbəbdən Ermənistana belə səxavətlə pul ayrılır. Bu səbəbdən bəllidir ki, Rusiya artıq dəstək verdiyi Ermənstanın xəyanəti ilə bağlı qəti addımlar atmalıdır. Kreml qəbul etməlidir ki, Ermənistan dövlət kimi çox perspektivsizdir, ermənilərin Cənubi Qafqazda kiminsə hesabına yaşamağı hədəfləyən bir xüsusiyyəti var. Rusiya uzun illər bu dövləti yaşatmaq üçün hər şey verdi, Gümrü şəhərində hərbi bazasının olmasından istifadə edən Ermənistan hər zaman Rusiyadan hərbi baxımdan da yararlandı. Amma sonda Ermənistan bütün digər dövlət və toplumlara etdiyi xəyanəti  Rusiyaya da etdi. Ruslar bunu nəzərə almalıdır.

Burada daha bir maraqlı məqam odur ki, Avropa İttifaqı Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırdığı halda, Azərbaycana cüzi köməklik edir. Halbuki, Ermənistan işğalı nəticəsində Azərbaycan əraziləri dağıntıya məruz qalıb. Buranın yardımına kmək etmək, bunun üçün Azərbaycana daha çox pul ayırmaq əvəzinə Avropa İttifaqı yenə Ermənistanı ön planda tutur. Elə bu da Avropa İttifaqının ölkəmizə qarşı yeni ikili standartlarıdır. Hər halda, Bakı səfərində Şarl Mişel buna izah versə yaxşı olar.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ