Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşəcək

img

Xarici işlər naziri Ceyhun Bayramov fevralın 23-də Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Trend bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Görüş zamanı iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, C.Bayramov həm də Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli iclasında iştirak edəcək.

Son xəbərlər