02/12/2020 17:14
728 x 90

Əməkdar müəllim Ramiz Qulamov Prezidentə - Zəngilanlı köçkün kimi Sizə dərin minnətdarlığımı bildirirəm...

img

Sumqayıt şəhərindən Zəngilan rayonundan məcburi köçkün, Əməkdar müəllim Ramiz Qulamov da Prezident İlham Əliyevə məktub yazıb: “Ulu Öndərimizin layiqli davamçısı, siyasi varisi, xalqımızın dəyanətli və qəhrəman oğlu kimi Sizi Zəngilan rayonunun düşmən işğalından azad edilməsi münasibətilə təbrik edirəm. Zəngilan rayonundan olan bir məcburi köçkün kimi qəhrəman Ordumuza və Sizə dərin minnətdarlğımı bildirirəm.

...Azərbaycan Respublikasının çiçəklənməsi naminə yürütdüyünüz müdrik siyasi fəaliyyətinizdə və ərazi bütövlüyünün bərpası məqsədilə digər işğal edilmiş rayonlarımızın da azad edilməsi üçün apardığınız məqsədyönlü mübarizədə Sizə uğurlar arzulayıram”.

Baki-xeber.com

Son xəbərlər