Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb. Baki-xeber.com xəbər verir ki, qəsəbədə olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə ediblər.
Prezident İlham Əliyev bununla bağlı videonu rəsmi "Twitter" səhifəsində paylaşaraq yazıb: "Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".