25/11/2020 06:41
728 x 90

Azərbaycanın Braziliyadakı səfirliyi KİV nümayəndələri üçün brifinq keçirdi - FOTO

img

20 oktyabr tarixində Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi tərəfindən Braziliyanın bir sıra KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub. Tədbirdə ölkənin aparıcı “Brasiliainfoco” “O Globo”, “Folha de SauPaulo”, “Crusoe – CNN, “TV Brasilia”, “RecordTV” və “Poder 360” media resursların nümayəndələri ilə yanaşı Türkiyənin Braziliyadakı səfiri Murad Atəş də iştirak edib.

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində son hadisələrə dair məlumat verən səfir E.Poluxov bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz qaldığını, münaqişənin BMT-nin TŞ-sı tərəfindən qəbul olunmuş dörd qətnamənin qeyd-şərtsiz yerinə yetirilməsi əsasında həllinin mümkünlüyünü diqqətə çatdırıb. 1993-cü ildə məlum qətnamələrin qəbulunda Braziliyanın (o zaman BMT-nin TŞ-nın qeyri daimi üzvü qismində) iştirakı qeyd olunaraq, bu baxımdan sözügedən qətnamələrin icra olummamasının mənəvi məsuliyyətinin, həmçinin, Braziliyanın üzərinə düşdüyü bildirilib. Braziliyada yaşayan erməni lobbisinin destruktiv fəaliyyəti və onun sülh prosesinə xələl gətirdiyindən də söz açan Səfir Braziliya cəmiyyətində münaqişəyə dair qeyri obyektiv təsəvvürün yaranmasının mümkünlüyünü vurğulayaraq, bunu bəzi yerli KİV-in Avropanın media resurslarına istinad etməkləri ilə əlaqələndirib.

Türkiyə səfiri M.Atəş öz növbəsində Türk və Azərbaycan xalqlarının qardaş xalqları olduğunu, ölkəmizin məlum olan münaqişədə ədalətli mövqeyin Türkiyə tərəfindən sona qədər dəstəklənəcəyini bildirib. Bundan əlavə o, hər iki ölkənin Braziliya ilə səmərəli əlaqələr qurduğunu qonaqların diqqətinə çatdırıb. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Yekun olaraq, hər iki səfir jurnalistləri regionda baş verən hadisələri daha fəal işıqlandırmağa çağırıb. Sonda qonaqlara səfirlik tərəfindən hazırlanmış məlumat qovluqları təqdim olunub

Son xəbərlər