şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfirindən Paşinyana sərrast mesaj: “Əgər razı deyilsənsə, oyuncaq rejimin üçün Ermənistanda ərazi ayıra bilərsən”

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri həmin qəzetlərin redaksiyalarına məktublar göndərib.

Səfirin məktubu hissəli şəkildə “Corriere della Sera” qəzetində dərc olunub. Eləcə də, Azərbaycan diplomatının aidiyyəti qəzetlərin redaksiyalarına məktubları Səfirliyin sosial şəbəkə profillərində yerləşdirildikdən sonra İtaliyanın “Politicamente Corretto” və “Agenzia Nova” kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən tam şəklidə dərc olunub.

Azərbaycan səfiri məktublarında bildirir ki, erməni baş nazir Nikol Paşinyanın müsahibələrini oxumaq nağıllar aləminə səyahət etmək deməkdir. “Əcəba, o doğrudanmı özünü nə qədər gülünc vəziyyətə qoyduğunu anlamır? Anlamır ki, biz orta əsrlərdə yaşamırıq? Anlamır ki, dünyanın əsas mətbuat orqanları vasitəsilə müraciət etdiyi oxucular və tamaşaçılar 2018-ci ildə İrəvanın meydanına son ümid yeri kimi toplaşmış ölkədəki ağır vəziyyətdən bezən və Paşinyanın nağıllarına və sehrli çubuğuna inananaraq Sarkisyan-Köçəryan kriminal-hərbi xuntasını devirən çarəsiz və sadəlövh kütlə deyil? Anlamır ki, Azərbaycan indi 90-cı illərdəki informasiya blokadasında olan və dünyaya həqiqəti söyləyə bilməyən ölkə deyil? Əsas sual isə ondan ibarətdir ki, görəsən erməni xalqı özünün absurd fikirləri və gülünc danışıq tərzi ilə öz xalqını bütün dünyada biabır edən bir liderə görə xəcalət çəkmir? Yəni erməni xalqı hələ də anlaya bilməyib ki, Paşinyan dünya ilə danışmaq və dünyanı erməni yalanlarına inandırmaq bacarığına malik şəxs deyil?, deyə səfirin məktublarında qeyd olunur.  

Səfir oxucuları Paşinyanın nağıllar dünyasından həqiqətlər dünyasına dəvət edərək vurğulayır:

“Ermənistanın tarixi səhvi 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları qaldırması ilə başladı ki,  bu da sonradan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlılara qarşı onların tarixi torpaqlarında etnik təmizləməyə, mülki azərbaycanlılara qarşı müharibə cinayətlərinə, Xocalı soyqırımına gətirib çıxardı. Ermənistan Azərbaycana qarşı bu addımları atmasa idi, biz bu gün nəinki Ermənistanda, bütün Cənubi Qafqazda sabitlik, inkişaf və əməkdaşlıq nöqteyi-nəzərindən tamamilə başqa bir mənzərənin şahidi olardıq. Ermənistanın bu siyasəti bu ölkənin bütün regional layihələrdən kənarda qalmasına, onun dünyanın ən kasıb, geridə qalmış və borclanmış ölkələrindən birinə çevrilməsinə, eləcə də istər erməni, istərsə də Azərbaycan xalqına böyük faciələr yaşatmasına gətirib çıxardı. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın reallığı qəbul etməsinə və Azərbaycana qarşı siyasətindən əl çəkməsinə təsir edə bilmədi”.

Diplomat qeyd edir ki, Ermənistanın bu səhvlər zəncirinin sonuncu həlqəsi isə dövlət idarəetmə sahəsində heç bir təcrübəsi olmayan Nikol Paşinyan kimi bir politikantı hakimiyyətə gətirmək oldu. “Hakimiyyətə gəlmək və hakimiyyəti qoruyub saxlamaq üçün öz xalqına yalan danışan Paşinyan indi də beynəlxalq səviyyədə yalan danışır. İndi isə bunu öz uğursuzluqları və bacarıqsızlığı səbəbindən edir. Bu günlər biz erməni tərəfindən Azərbaycana qarşı saxta iddialarla dolu kəskin hücumların şahidi oluruq: Azərbaycan tərəfində guya sirli türk əsgərlərinin, xəyali islamçı cihadçı muzdluların olması, islam terrorizminin Ermənistanı məhv etmək və onu soyqırıma məruz qoymaq niyyətləri, bu səbəbdən də Qərb ölkələrinin özünü “xristianlığı ilk qəbul etmiş dövlət” elan edən Ermənistanı müdafiə etməli olduqları kimi şizofrenik iddialar. Erməni yalanlarının həddi-hüdudu yoxdur, amma onların fantaziya qabiliyyətinə həsəd aparmaq olar! Ermənilər onları tutub Marsa aparmaq üçün döyüş meydanında marslıların da olması kimi növbəti iddialar irəli sürsələr heç təəccüblənmərəm”, deyə səfir ironiya ilə fikirlərinə davam edir.

Diplomat qeyd edir ki, erməni tərəfinin iddialarının heç birinə sübut yoxdur, hamısı sözdən başqa bir şey deyil. “27 sentyabrdan bir neçə gün sonra üçüncü bir ölkənin dövlət başçısı erməni tərəfinin bu yalan iddialarını bəyan etdi, lakin bu iddiaların saxta olduğunu anladıqdan sonra həmin şəxs artıq bu mövzuya qayıtmır. Buna baxmayaraq, erməni tərəfi hələ də həmin şəxsə istinad etməkdə davam etməklə, əslində özünü biabır edir. Mən son günlər çoxsaylı müsahibələrimdə erməni tərəfinin iddialarını ifşa etmiş, eləcə də erməni tərəfinin xaricdən muzdlular cəlb etməsi və Ermənistan ordusunun istifadə etdiyi silahların maliyyə mənbələrinin qeyri-müəyyən olması faktları barədə danışmışam”, deyə səfirin məktubunda qeyd olunur.

“Ermənistan rəhbərliyi münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində yaşayan azərbaycanlı mülki əhalini hədəf alaraq törətdiyi müharibə cinayətlərinə görə xəcalət çəkməlidir. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh istəmir və nəyin bahasına olursa olsun, Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz suveren ərazisində vuruşan və torpaqlarımızı 30 ildir davam edən hərbi işğaldan azad etmək iqtidarında olan güclü orduya malikdir”.

Fikirlərinə davam edən diplomat qeyd edir: “Oyuncaq qanunsuz rejim olan “Dağlıq Qarabağ respublikası” və ya “Artsax respublikası”nın tanınması üçün dünyaya çarəsiz şəkildə yalvaran Paşinyana sual vermək lazımdır ki, nəyə görə Ermənistanın bu rejimi tanımağa cəsarəti çatmır. Bu qeyri-qanuni rejim Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləməni malalamaq üçün yaratdığı kreaturadan başqa bir şey deyil. Bölgədə sülh yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması və azərbaycanlıların öz torpaqlarına qayıtması halında təmin oluna bilər. Əgər Paşinyan son həftələrdə baş verənlərin fonunda bunu anlamırsa erməni xalqına belə bir şəxsi özünə lider seçdiyinə görə təəssüf edilməlidir. Öz vətəndaşlarını başqa bir ölkənin ərazisinə bilərəkdən ölümə göndərən lider həmin xalqa rəhbərlik etməyə layiq deyil”.

Diplomat qeyd edir ki, Dağlıq Qarabağda yaşamaq nəinki ermənilərin, eləcə də oradan qovulmuş və 30 ildir yurduna oraya qayıda bilməyən azərbaycanlıların da haqqıdır. Dağlıq Qarabağdakı ermənilərın Azərbaycan vətəndaşları olduğunu, bizim onlarla həmişə olduğu kimi yenə də birgə yaşamağa hazır olduğumuzu, hazırda Azərbaycanda Dağlıq Qarabağdan kənarda 30 min erməninin yaşadığını, eləcə də ölkəmizdə çoxsaylı sinaqoqlar, katolik, pravoslav, protestant kilsələrlə yanaşı, Bakının tam mərkəzində erməni kilsəsinin də olduğunu bildirib. “Əgər Paşinyan razı deyilsə və belə səxavətlidirsə ağır iqtisadi və sosial vəziyyətə görə əhalisinin yarısı ölkəni tərk etmiş və boş qalmış Ermənistanın öz daxilində oyuncaq rejim üçün ərazi ayıra bilər. Paşinyan əgər bu utancverici məğlubiyyətdən sonra hakimiyyətdə qala biləcəksə Ermənistanın daxilində ikinci erməni dövlətini yaratmaq üçün kifayət qədər ərazi tapa biləcəkdir”, deyə M.Əhmədzadə bildirir.

Azərbaycanın Ermənistanı sülhə məcbur etmək və öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarını Ermənistanın dünyaya soyqırım kimi satmaq istədiyini deyən diplomat vurğulayıb: “Ermənistanın Azərbaycanın suveren ərazilərini 30 il ərzində hərbi cəhətdən işğal etməsini və orada yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsini və buna dünya ictimaiyyətinin susqunluğunu necə adlandırmaq olar? Əgər erməni tərəfinin bu yalan ismarıclarına inanacaqlarsa bu ikili standartların növbəti təzahürü olacaq”.

“Paşinyanın sözlərinə II Qareginin də qoşulması təəssüfedicidir. Tanrının adından danışan dini lider həqiqəti deməli, Azərbaycana qarşı dezinformasiya yayaraq münaqişəni qızışdırmamalıdır”, deyə diplomat fikirlərini yekunlaşdırıb.

https://www.pressreader.com/italy/corriere-della-sera/20201021/281913070598417

https://www.politicamentecorretto.com/2020/10/21/lambasciatore-della-repubblica-dellazerbaigian/

https://www.agenzianova.com/a/5f904cddcc4982.49417980/3152360/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno

https://www.agenzianova.com/a/5f913e8a33dcc7.47024271/3152361/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno-2

https://www.agenzianova.com/a/5f913eb2885f52.94591219/3152362/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno-3

https://www.agenzianova.com/a/5f913ebec390c9.96839681/3152363/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno-4

https://www.agenzianova.com/a/5f913ec986dd42.03747730/3152364/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno-5

https://www.agenzianova.com/a/5f913ed551f1e1.33163741/3152365/2020-10-21/nagorno-karabakh-ambasciatore-azerbaigian-risponde-a-interviste-rilasciate-da-premier-armeno-6



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ