“Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanısanız, homoseksualların nikahını tanıyacağıq” – Paşinyandan Avropaya qeyri-ciddi mesaj...

Mübariz Əhmədoğlu: “AB ölkələri Azərbaycanın ərazi bütövlüyünə qarşı addım atmayacaqlar”

img

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirməyə hazır olduğunu bəyan edib. Belə ki, erməni Baş nazir belə bir bəyanatla Ermənistan parlamentinin növbədənkənar iclasında çıxış edib: “Ermənistan, şübhəsiz ki, Avropanın bir hissəsidir və biz Avropa dəyərlərini qəbul etməyə hazırıq. Ancaq Avropa ölkələri dövlətimizin təhlükəsizliyinə sadiq olduqlarını göstərməlidirlər”.

Paşinyanı hakim “Mənim addımım” koalisiyasından olan digər partiyalar da dəstəkləyiblər. Belə ki, “Missiya” partiyasının rəhbəri Manuk Sukiasyan bildirib ki, AB Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa “borcludur”, çünki bu, Qarabağın LGBT cütlüklərinə münasibətlərini qanuniləşdirmək imkanı verəcək: “Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq. Beləliklə də Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması regionun homoseksuallarına fayda verəcək”.

Bundan əvvəl Ermənistanın müdafiə nazirinin mətbuat katibi Şuşin Stepanyan bildirmişdi ki, cəbhədə gərgin vəziyyət səbəbindən Ermənistan silahlı qüvvələri transgenderlərin ən vətənpərvər təbəqələrdən biri olduğunu əsas gətirərək, onların da ordu bölmələri sıralarına cəlb edilməsinə qərar verib.

Gör Paşinyan necə uğursuz variantlara əl atır. O elə bilir ki, bu cür mesajlarla Avropa Birliyi ölkələrini separatçı qurumu tanımağa şirnikləndirə bilər. Hansı ki, AB heç vaxt buna getməz. Ən azından ona görə ki, AB ölkələrinin bəzilərində potensial separatizm ocaqları var. O üzdən, onların buna getməsi həmin ölkələr üçün ciddi təhdid yarada bilər.

  • “Paşinyan anlamalıdır ki, Ermənistan Qafqaz ölkəsidir və belə bir regionda eynicinsli evlilikləri qanuniləşdirmək yaxşı qarşılanmaz”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, AB ölkələri heç vaxt Paşinyanın bu ağılsız təklifini qəbul etməz: “Nə separatçı qurumu tanıyacaqlar, nə də Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul edəcəklər. Bu mümkün olan iş deyil. Artıq AB ölkələrindən Ermənistana olan əvvəlki dəstək, demək olar, indi yoxdur. İki il əvvəl bir eyforiya dövrü var idi. Paşinyandan, pis-yaxşı, müəyyən gözləntilər vardı. Gözləntilər özünü doğrultmadığı üçün Paşinyanın qeyri-ciddi mesajı nəyisə dəyişə bilməyəcək. Çünki avropalılar da artıq başa düşürlər ki, nə baş verir. Hansısa Avropa şəhərinin qondarma “DQR”lə əlaqə qurması və yaxud da onu tanıması bomboş bir şeydir. Ona görə də AB ölkələri Azərbaycanın ərazi bütövlüyünə qarşı addım atmayacaqlar. Sadəcə, Paşinyanın indi bir məqsədi var. O da ondan ibarətdir ki, cəmiyyəti daha çox müharibəyə yönəltsin. O həm də istəyir ki, xalqın aktiv hissəsini qırğına verməklə gələcəkdə onun hakimiyyətinə olan müqaviməti qırsın. O, real vəziyyəti xalqına etiraf etmir ki, uduzmuşuq. Başqa bir tərəfdən, Paşinyanda erməni xalqının qeyrəti, namusu, şərəfi anlayışı yoxdur. Düzdür, bəlkə də bu xalq şərəfli oğul yetişdirməyə layiq deyil. Ancaq, ən azından, o anlamalıdır ki, Ermənistan Qafqaz ölkəsidir və belə bir regionda eynicinsli evlilikləri qanuniləşdirmək yaxşı qarşılanmaz”.

Politoloq hesab edir ki, nə cür mesajlar göndərsə də, Paşinyan uğursuzluğa məhkumdur.

Vidadi ORDAHALLI

Son xəbərlər