şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycan Ermənistanı həm də diplomatik nokauta saldı

Image


Ciddi hərbi məğlubiyyətlə üzləşən Ermənistan rəhbərliyi yaxın tezlikdə Azərbaycanın güc yolu ilə ərazi bütövlüyünü bərba edəcəyini yaxşı başa düşür. Eyni zamanda Ermənistan onu da yaxşı sezir ki, onu məğlubiyyətdən yalnız üçüncü tərəfin münaiqşəyə müdaxiləsi xilas edı bilər.

Amma bu istiqamətdə İrəvanın bütün cəhdləri faktiki olaraq iflasa uğrayıb. Bununla belə, düşmən qeyd edilən istiqamətdə hələ də sərsəm ideyalarından əl çəkmir.

  • Ermənistan Rusiyaya xəyanət edir - Moskva üçün tələ hazırlayır

Sirr deyil ki, Ermənistanın indiki halda əsas məqsədi Rusiyanı üçüncü tərəf kimi münaqişəyə cəlb edərək Azərbaycan ordusunun əks həmləsini dayandırmaqdır. Bu məqsədlə Ermənistan ərazilərindən Azərbaycanın yaşayış məntəqələrinə hələ də raket zərbələri endirilir. Gəncənin ardınca ermənilər artıq digər istiqamətlərdə də çirkin niyyətlərini həyata keçirməyə can atırlar. Artıq məlum olduğu kimi, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən,  düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3 raket, Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, Qəbələ və Kürdəmir rayonlarını Ermənistan “Skad” raketləri ilə hədəfə alıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələ ilə bağlı maraqlı açıqlama verib: “Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”. Onun sözlərinə görə, “Skad”  tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb: “Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”.

İndi Ermənistanın əsas niyyəti Azərbaycanı da analoji cavab zərbəsinə təhrik etməkdir. Bununla Ermənistan Rusiyanın müdaxiləsi üçün dərhal Moskva qarşısında məsələ qaldıracaq. Amma Azərbaycanın hərbi taktikası Ermənistanın bu istiamətdə cəhdlərinin iflasla nəticələnməsinə səbəb olur. Digər tərəfdən Rusiya görür ki, Ermənistan onu münaqişəyə cəlb etməyə can atır. Bu halda münaqişəyə cəlb edilmə Kreml üçün Qafqaz bataqlığı deməkdir. Çünki belə vəziyyətdə Türkiyə və NATO da prosesə qoşulacaq. Bu da Rusiya üçün müsbət heç nə vəd etmir. O səbəbdən Rusiya ermənilərin istəyini rədd edir.

Digər tərəfdən, Moskva İrəvanın xəyanətlərini də diqqətdən qaçırmır. Belə ki, cəbhədə savaş başlayandan Rusiya prezidenti Vladimir Putinin ətəyindən yapışan, gecə-gündüz ona zəng edib Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün dilə tutmağa çalışan Nikol Paşinyan yenidən qeyri-adi addımlar atır. O artıq Rusiyaya arxa çevirib. Belə ki, Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanı Belçikanın paytaxtı Brüsselə NATO çərçivəsində keçirilən görüşlərə göndərib. Sarkisyan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi və yardımı ala bilməməsindən gileylənib. Bu isə Ermənistan Rusiyaya növbəti xəyanət nümunəsidir. Əsgər çatışmazlığı üzündən özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkən Ermənistan son vaxtlar Qərbə yaxınlıq etməsi ilə də xəyanətkar olduğunu göstərir. Sorosun əlaltısı olan Nikol Paşinyanın bu gedişləri isə Rusiyadan ola biləcək mümkün  köməyin də üzərindən birdəfəlik xətt çəkir. Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer də açıq şəkildə bildirir ki, Moskva Paşinyanı bəyənmir: “Ancaq qeyd etmək lazımdır ki, Rusiya bütün məsələlərə strateji yanaşır. Buna görə də Rusiya, ümumi strateji hədəflərə zidd olduğu üçün, Qarabağ münaqişəsində tərəflərindən birinin yanında olmaq istəmir. Bununla belə, hərbi əməliyyatlar davam edir, Azərbaycan işğal olunmuş rayonlarını bir-bir azad edir. Nikol Paşinyan isə hələ də İrəvanda oturub müsahibələr verir. Rusiya Ermənistan tərəfinin işğal olunmuş Azərbaycan ərazilərində davamlı məğlubiyyətlərə düçar olmasına reaksiya vermir. Bütün məsələ burasındadır ki, Qarabağ Rusiya üçün xüsusilə vacib deyil. Bu ərazilər Azərbaycanın tərkibinə qayıtsa və bununla münaqişə bitsə, o zaman çox yaxşı olar. Lakin daha yaxşı olar ki, bununla bərabər həm də Paşinyanın rejimi süquta uğrasın. İkinci Qarabağ müharibəsində belə dağıdıcı məğlubiyyətdən sonra bu qaçılmaz olacaq. Qarabağın özü isə, təkrar edirəm, Rusiya üçün ümumiyyətlə heç bir strateji əhəmiyyət kəsb etmir”.

  • Paşinyanın devrilməsi qaçılmazdır

İndi proseslərə rasional yanaşma sərgiləyə bilməyən Nikol Paşinyan üzləşdiyi məğlubiyyətdən yaxa qurtarmaq üçün Ermənsitan vətəndaşlarını “könüllü” adı altında  cəbhəyə göndərir. Amma bu hal Ermənistanın özündə belə ciddi etirazla qarşılanır. Bir çox ermənilər açıq şəkildə Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildirir. Sosial şəbəkələrdə yayılan şərhlərin birində qeyd olunur: “Məsələni sülh yolu ilə həll edin! Bəsdir bizləri öldürdüz! Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Biz hamımız vətənimizi sevirik, amma siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!”. Sadə ermənilərin istəyinin əksinə olaraq, Paşinyan “Facebook” hesabında həm hazırkı mərhələdə, həm də uzun müddət Qarabağ məsələsinin diplomatik yolla həllinin mümkün olmadığını qeyd edir. Bununla o,  Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf edir. Lakin ermənilərin bu şəkildə məhvə göndərilməsini xalq qəbul etmir.

Paşinyanln rəqibləri də vəziyyətdən faydalanmaq istəyir. Onlar nəzərə alır ki, cəbhə məğlubiyyətləri Paşinyanın ölkə daxilində mövqelərini sarsıdıb. Erməni mediası yazır ki, bu fonda “Qarabağ klanı” xeyli fəallaşıb. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan artıq bir araya gəlib. Onlar  Ermənistanın ikinci prezident Robert Köçəryanla görüşüblər. “Qraparak” qəzetinin  məlumatına görə, Köçəryan yaranmış vəziyyətdən istifadə edib Paşinyanı devirməyi düşünür. Bu səbəbdən Ermənistan daxilində yaxın tezlikdə vəziyyətin qarışması qaçılmaz sayılır. Burada nəzərə almaq lazımdır ki, Ermənistanda sosial-iqtisadi vəziyyət də gərginləşir. Müharibə həm çox sayda canlı qüvvə, həm də iqtisadi resurslar tələb edir. Ermənistanın isə buna imkanları yoxdur. Elə bu da Paşinyanın mövqelərini tam sarsıdır, rəqiblərinə onu devirmək üçün əla şans verir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova da məsələyə bu prizmadan yanaşır: “İşğal altındakı bölgələrin tədricən azad edilməsi Ermənistan rəhbərliyini həddindən artıq gərgin vəziyyətdə saxlayır. Ermənistanın baş nazirinin iqtisadi blokadanın qaldırılması və sərhədlərin demilitarizasiyası müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması və azərbaycanlıların öz torpaqlarına qayıdıb orada yaşamağa başladıqda Dağlıq Qarabağın statusu ilə bağlı qərar verilməsi ilə əlaqədar “Kazan formulu” adlandırılan sənədi imzalaması üçün kifayət qədər vaxtı var idi. Azərbaycan dəfələrlə xəbərdarlıq etdi ki, Ermənistan söz xatirinə danışıqları davam etdirərsə, status-kvonu qoruyarsa, BMT-nin Qarabağla bağlı qətnamələrinə əhəmiyyət verməzsə, o zaman Azərbaycan torpaqlarını hərbi yolla geri qaytara bilər. İndi məhz bu baş verir”. Rusiyalı mütəxəssis qeyd edib ki, bu hal Ermənistan daxilində Paşinyanın mövqelərini sarsıdır. O, bu halda rəqiblərinin Paşinyanı hakimiyyətdən devirmək üçün hərəkətə keçə biləcəyini istisna etmir. Məhz belə bir vaxtda bəlli olub ki, Robert Köçəryan Moskvaya gedir. Erməni mediası qeyd edir ki, Saakyan və Qukasyan Paşinyanı ziyarət edib, onu Robert Köçəryanın Rusiyaya getməsinin zərurət olduğuna inandırmağı və əmin etməyi bacarıblar. Amma məlumata görə, Köçəryanın Moskvaya səfər etməsinin səbəbi yenidən hakimiyyəti ələ keçirmək üçün Rusiyadan razılıq almaqdır. Bu xəbər bir müddətdir erməni mətbuatının yazdığı Köçəryanın çevriliş etmək istəyi ilə bağlı iddiaları sübut edir.

  • Dünya Ermənistana qarşı...

Baş verənlər fonunda Azərbaycanın daha bir mühüm uğuru onunla bağlıdır ki, indi dünya Azərbaycanın mövqeyini dəstəkləyir, onun apardığı hərbi əməliyyatların beynəlxalq hüquqa tam uyğun olduğunu bildirir. Hətta Ermənistan prezidentinin kömək üçün minnətçi düşdüyü NATO da bu xüsusda qəti mövqe ifadə edib. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bu xüsusda qeyd edir: “Dağıq Qarabağ münaqişəsi 30 ildir ki, irinləyir. ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayır. Bu razılaşdırıla və o zaman münaqişə başa çata bilər. Bu müddətdə biz hər iki tərəfi cəsarətləndiririk və mən inanıram ki, hər iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda görüşəcəklər. Ən azından, onların bu həftə Vaşinqtonda qarşıdurmanın dayandırılmasını müzakirə etmək üçün görüşməsi kimi bir plan var. Münaqişə Azərbaycanın sərhədləri və suverenlik məsələləri çərçivəsində həll olunmalıdır. Bu bizim çalışdığımız məsələdir. Rusiya da, Fransa da bu istiqamətdə çalışır. Biz ümid edirik ki, onlar bu qrupla və ya onların hər ikisinin razılaşa biləcəyi istənilən qrupla razılıq əldə edəcəklər. Bu, bəhs etdiyimiz problemin həlli üçün etibarlı olardı. Beləliklə, bu ərazidə münaqişə həllini tapardı”. NATO-nun bu mövqeyini beynəlxalq ictimaiyyətin də bölüşməsi Ermənistan üçün ciddi diplomatik məğlubiyyət sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ