27/11/2020 12:11
728 x 90

Ermənilərdən Putinə açıq təhqiramiz hücum – “II Nikolayın taleyini yaşayacaqsan...”

Məhəmməd Əsədullazadə: “Putinin bu dərəcədə aşağılanması ermənilərin xəyanətkar xislətindən irəli gəlir”

img

Azərbaycan ərazilərinin 30 illik işğalının tezliklə bitəcəyini hiss edən İrəvan artıq maskaları çıxarmaq qərarına gəlib. Maskanın altında isə erməni faşizminin əsl mahiyyəti üzə çıxır. Erməni mediası Qarabağdakı döyüş əməliyyatları ilə əlaqədar tərəfsiz mövqe tutan aparıcı dövlətlərin münasibətindən məyus olmaqla yanaşı, həmin ölkələri kəskin tənqid edir.

 

“Armenian Rerort” nəşri son günlərdə Ermənistanın köməyinə gəlməyən bütün ölkələrə müharibə elan edib. Bu ölkələrə Rusiya, Böyük Britaniya və Almaniya daxildir. Xüsusilə hamıdan və hər şeydən inciyən İrəvan Putinə xüsusi nifrətini gizlətmir. Hətta Putini hədələyirlər: “Putin Rusiyanın Ermənistana qarşı müttəfiq və tarixi öhdəliklərini xatırlaya bilərdi. Ancaq o, bizə xəyanət etdi. Tarix mütləq təkrarlanacaq və Putin bütün ailəsi ilə birlikdə devrilən və məhv edilmiş II Nikolayın taleyini yaşayacaq. Bu, tarixi bir ədalət id. Putin Rusiyasının özünün də Çar Rusiyasının taleyi ilə qarşılaşacağını istisna etmirəm. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Ancaq bu həm də tarixi baxımdan təbii olacaq”.

Almaniya Kansleri Angela Merkelin Qarabağ və ona bitişik 7 bölgənin Azərbaycan ərazisi olduğu barədə dedikləri də erməniləri az qəzəbləndirməyib: “Kayzer Almaniyasının Sultan (Osmanlı) hökumətinin antierməni siyasətini dəstəklədiyini necə unutmaq olar? Çünki onun məhkum edilməsi alman kapitalistlərinin Yaxın Şərqdəki genişmiqyaslı planlarını təhlükə altına ala bilər. Sonda Almaniyanın bəşəriyyət tarixindəki ən dəhşətli müharibəni başlatmaqda günahkar olan faşistlərin hakimiyyətə gəldiyi bir dövlət olduğunu necə unutmaq olar?”.

Böyük Britaniyanın mövqeyi də ermənilər arasında az qəzəblə qarşılanmayıb. İngiltərə Xarici İşlər naziri Dominik Raab Türkiyəni Londonun müttəfiqi adlandırdı. Bundan əlavə, London həm rəsmi kanallarla, həm də ali orqanın dili ilə Bakının Qarabağ istiqamətindəki fəaliyyətini dəstəklədiyini bəyan etdi.

Beləliklə, erməni nəşri bütün bu ölkələri təhdid edir. Başda isə Rusiya gəlir. Çünki onların ən böyük gözləntisi Rusiyadan idi. Bu səbəbdən Rusiyanın tərəfsiz mövqe tutmasını Putinə bağışlamırlar.

  • “Bunlar anlamaq istəmirlər ki, hazırkı situasiya 90-cı illərdəki kimi deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Putinə yönəlik təhdid və təhqirlər ermənilərin son çırpıntılarıdır: “Ermənistan Azərbaycana qarşı başlatdığı assimetrik müharibədə məğlub olur. Həm hərb meydanında, həm də diplomatik müstəvidə məğlub olurlar. Bütün bunlar da Ermənistanda siyasi böhranı dərinləşdirir. Faktiki olaraq, erməni cəmiyyəti isterik böhran içərisindədir. Bunun günahını əsasən indiyədək onları müdafiə edən Rusiyanın üstünə yıxmaqla müəyyən mənada bu proseslərdən çıxmaq istəyirlər. Erməni xislətindən irəli gələrək, onlar Putini nəinki tənqid, həm də təhqir və təhdid edirlər. Bu onu göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Fürsət yaranan kimi, Rusiyaya arxa çevirəcəklər. Onlar elə düşünürlər ki, beynəlxalq hüququ pozsalar da, Rusiya onları müdafiə etməyə borcludur, yaxud Rusiya gəlib onların əvəzində Qarabağda döyüşəcək və s. Bunlar anlamaq istəmirlər ki, hazırkı situasiya 90-cı illərdəki kimi deyil. Ötən illər ərzində çox şey dəyişib. Ən başlıcası, Azərbaycan 90-cı illərdəki dövlət deyil. Ölkəmiz çox güclənib. Bu onu göstərir ki, ermənilərin xəstə təxəyyülü düzələn deyil. Baxmayaraq ki, onların məğlubiyyətə uğraması qaçılmazdır. Rusiya Paşinyanın neofaşist siyasətinə bələd olduğu üçün Ermənistanı əvvəlki kimi dəstəkləmir. Tərəfsiz siyasət ortaya qoyur. Ermənilər də bütün bunlara görə məhz Putini günahkar hesab etdikləri üçün, belə təhdidlərlə çıxış edirlər. Putinin bu dərəcədə aşağılanması ermənilərin xəyanətkar xislətindən irəli gəlir. Bunlar az da olsa qəbul etmək istəmirlər ki, Ermənistanın varlığı Rusiya hesabına olub”.

Politoloq hesab edir ki, erməni mediasının Rusiya və digər aparıcı dövlətlərə yönəlik tənqidləri nəyisə dəyişə bilməyəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər