27/11/2020 13:11
728 x 90

Kreml Qarabağda Rusiya desantı xəbərlərini təkzib etdi

img

Kreml Rusiya Silahlı Qüvvələrinin Qarabağda desant əməliyyat keçirməsi fikrini qəbul etməyib. Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kremldə əvvəlki kimi əmindirlər ki, bu məsələnin digər həll yolu mövcud deyil: “Rusiya vəziyyətin tənzimlənməsini siyasi-diplomatik müstəviyə qaytarmaq üçün əlindən gələni edir. Biz bundan sonra da sülh yolu ilə tənzimləmə üçün səy göstərməkdə davam edəcəyik”.

D.Peskov əlavə edib ki, münaqişənin mövcud formatlar çərçivəsində həllinə üçüncü tərəfləri, xüsusən də Türkiyəni cəlb etmək üçün hər iki tərəfin - Azərbaycan və Ermənistanın siyasi iradə göstərməsi lazımdır.

Son xəbərlər