Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar...

img

Ermənistanda koronavirusa yoluxma halları son günlərdə sürətlə artır. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son həftə gündəlik yoluxma sayı 1 500-1 800 nəfər arasında olub. Bu gün isə ölkənin Səhiyyə Nazirliyi 2 306 nəfərin yoluxduğunu açıqlayıb.

Sosial şəbəkələrin erməni seqmentində aparılan müşahidə və təhlillər bu artımın səbəbini müəyyən etməyə imkan verib. Belə ki, son günlər yoluxanların böyük əksəriyyəti 18-55 yaş arası kişilər, digər sözlə səfərbərlik dövründə çağırışa yararlı şəxslərdir.

Artıq Ermənistanın məğlub olduğu aydın olan müharibəyə getmək istəməyənlər koronavirusa “yoluxaraq” azı ikihəftəlik möhlət alır.

Qeyd olunur ki, Ermənistanda tibb müəssisələrində müsbət COVID-19 testini əldə etmək 1 000-2 000 dollar təşkil edir.

Növbəti günlərdə çağırışa yararlı şəxslərin daha çox koronavirusa yoluxacağı istisna olunmur.

Son xəbərlər