02/12/2020 16:08
728 x 90

Bunlar hamısı Sizin sayənizdədir – Sabirabadın Əhmədabad kəndindən Prezidentə məktub...

img

Sabirabad rayonunun Əhmədabad kəndindən Minəvvər Dişadze Prezident İlham Əliyevə müraciət edib. “İşğal olunmuş torpaqlarımızın Sizin rəhbərliyiniz altında şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduğunu eşidəndə sözlə ifadəsi çətin olan hisslər yaşayırıq.

Hər gün ordumuzun parlaq uğurlarının şahidi oluruq. Ordumuza yeni-yeni nailiyyətlər arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Bütün bu uğurlar Sizin sayənizdə baş verir, cənab Prezident. İnşallah, tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaqdır.

Qarabağ Azərbaycandır!” - deyə M.Dişadze Prezident İlham Əliyevə müraciətində qeyd edir.

Baki-xeber.com

Son xəbərlər