02/12/2020 15:56
728 x 90

Sizin uğurlu siyasətinizin nəticəsidir ki... Binəqədidən məhkum Elşən Bəşirov Prezidentə müraciət etdi...

img

“Sizin uğurlu siyasətinizin nəticəsidir ki, bu gün şanlı Azərbaycan Ordusu yeni tarix yazır, işğal altında olan torpaqları geri qaytarır.

...Sizin atdığınız bütün addımları dəstəkləyirəm və Sizin göstərişinizlə hər an Qarabağımızı işğaldan azad etməyə, Vətənimin, dövlətimin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Vətənə olan sevgim, Sizin çıxışlarınız məni cəbhə bölgəsinə gedib düşmənə qarşı vuruşmağa ruhlandırır.

...Məhkum həyatı yaşayan biri kimi, Sizdən bir ricam var. Xahiş edirəm, işğal altında olan doğma torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək üçün mənim cəza müddətimin dondurulmasına icazə verəsiniz və cəza çəkdiyim müəssisədən birbaşa Qarabağ cəbhəsinə göndərəsiniz.

Vətənimizin bu ölüm-dirim savaşında mənim kimi neçə-neçə məhkum canından-qanından keçməyə hazırdır”. Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakının Binəqədi rayonundan məhkum Bəşirov Elşən Rəfayət oğlu bildirib.

Baki-xeber.com

Son xəbərlər