02/12/2020 15:53
728 x 90

Füzuli rayonundan Prezidentə təşəkkür müraciətləri ara vermir…

img

Füzuli rayonu Gənclər və İdman İdarəsinin kollektivi də Prezident İlham Əliyevə müraciət edənlər sırasındadır.

“Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad olunması sevincini bizlərə yaşatdığınız üçün Sizə və rəşadətli Azərbaycan Ordusuna kiçikdən böyüyə bütün Füzuli rayon sakinləri adından təşəkkür edirik.

İşğaldan azad olunmuş şəhər və kəndlərimizə görə Füzuli rayonunun Gənclər və İdman İdarəsinin kollektivi adından dərin minnətdarlığımızı bildiririk. Hər zaman Sizinləyik. Hamı bir nəfər kimi cəbhəyə yollanıb, işğal altında olan digər bölgələrimizi də düşməndən təmizləməyə hər an hazırıq.

Allah Sizi və qəhrəman Ordumuzu qorusun!” - deyə Füzuli rayonu Gənclər və İdman İdarəsinin kollektivi adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə qeyd edilir.

Baki-xeber.com

Son xəbərlər