02/12/2020 16:48
728 x 90

Xəzər rayonundan məhkum Xalid Vəliyev də Ali Baş Komandana “Sizdən əmr gözləyirəm” yazdı...

img

Bakının Xəzər rayonundan məhkum Vəliyev Xalid Nazim oğlu Prezident İlham Əliyevə müraciət edib.

“Mən Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirmişəm. Ali təhsilli hərbiçiyəm, baş leytenant hərbi rütbəsindəyəm. Təəssüf ki, törətdiyim cinayət əməlinə görə hazırda məhbus həyatı yaşayıram. Bildirmək istəyirəm ki, Vətənimin bu şərəfli günlərində dörd divar arasında qalmaq məni çox narahat edir. Hərbi kadr olaraq, mən indi cəzaçəkmə müəssisəsində olmaq yerinə, torpaqlarımızın azadlığı uğrunda ön mövqedə düşmənlə döyüşmək arzusu ilə alışıb-yanıram.

Sizin Fərmanınızla ölkəmizdə qismən səfərbərlik elan edilib. Səfərbərliyə cəlb edilərək bir peşəkar kadr kimi düşmənlə vuruşmaq istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda canımdan belə keçməyə, şəhidlik zirvəsinə yüksəlməyə hazıram. Bu günü bütün hərbiçilər kimi mən də səbirsizliklə gözləmişəm.

Əmrinizə hər zaman müntəzirəm, cənab Ali Baş Komandan!” - deyə məhkum Vəliyev Xalid Nazim oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər