Elmi işimin mövzusu Qarabağın statusu olacaq – Sakaryadan İlham Əliyevə yazdılar

“Mən əslən azərbaycanlıyam, hazırda Türkiyə Respublikasının vətəndaşı kimi Sakarya şəhərində yaşayıram. Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsilim var. Elmi işlərimi davam etdirirəm.
Elmi işimin mövzusu beynəlxalq hüquqa görə Qarabağın statusu ilə bağlı olacacaqdır. Sizin Qarabağ mövzusundakı qətiyyətli siyasətinizi qürurla izləyirik. Bu günlərdə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik edirik. Ailəm və buradakı bütün dostlarım Azərbaycan Ordusunun və Sizin bu müqəddəs savaşınızdakı addımları dəstəkləyir.
Azərbaycanın xaricdə yaşayan diaspor üzvləri olaraq Sizin Qarabağın azad edilməsi uğrunda göstərdiyiniz səyi təqdir edirik. Bu barədə mən də şeirlərimlə və qələmimlə Vətənimizə xidmət edirəm.
Zəfər Sizinlə olsun. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və Ordusuna!” Bu sözləri Türkiyə Respublikasının Sakarya şəhərindən Vüqar Səvzəliyev Prezident İlham Əliyevə müraciətində yazıb.
Baki-Xeber.com