25/11/2020 06:54
728 x 90

Prezident İlham Əliyev Cəbrayılın 5, Füzulinin 3, Zəngilanın 13 kəndinin və Mincivan qəsəbəsinin azad edildiyini bəyan etdi - YENİLƏNDİ

img

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Prezidentin başqa bir paylaşımında Füzuli rayonunun bir neçə kəndinin azad edildiyi bildirilir:

"Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib".

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində daha sonra Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edildiyini açıqlayıb.

"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Son xəbərlər