02/12/2020 17:03
728 x 90

Azərbaycan yumruğunun iki tərəfi – biri Ermənistanın başına yenir, digəri isə...

Afsəddin Nəbiyev: “Prezidentin iradəsi, ordumuzun qəhrəmanlığı və xalqın dövlətlə birliyi...”

img

“Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil”. Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.

Ölkə başçısının sözlərinə görə, status-kvonu biz dəyişdirdik: “Döyüş meydanında dəyişdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Həqiqətən də döyüşlər başlayandan sonra Azərbaycanda görünməmiş güclü birlik yaranıb. Hansı ki, əvvəllər bu dərəcədə birlik yaranmayıb. Azərbaycanın bir yumruq kimi Prezidentin ətrafında birləşməsi nəinki hərb cəbhəsində, həmçinin, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirir. Gücümüzə güc qatır.

  • “Ölkə başçısının tezisi, əslində, Vətən müharibəsinin qələbə formulunu özündə əks etdirir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, son yüz ildə görünməmiş yumruq halında birləşmişik: “Son üç həftə ərzində Azərbaycanın tarixində elə əlamətdar hadisələr baş verir ki, sevincdən bəzən bunları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Azərbaycanın dövlətçilik tarixinə ordumuz qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazmaqda davam edir. Hər gün Ali Baş Komandan tərəfindən işğaldan azad olunmuş  şəhər və kəndlərin adları açıqlanır. Prezidentin iradəsi, ordumuzun qəhrəmanlığı və xalqın dövlətlə birliyi Vətən müharibəsində qələbəmizi təmin etməyə imkan yaradıb. Prezident oktyabrın 20-də xalqımıza müraciət edərkən, xalqla dövlətin, ordunun birliyini təcəssüm etdirən mühüm bir element xüsusilə diqqətçəkən məqamlardan biridir. İlham Əliyevin: “Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir” tezisi, əslində, Vətən müharibəsinin qələbə formulunu özündə əks etdirir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın, 500-dən çox QHT-nin iqtidarla eyni mövqedən çıxış etməsi xalqımızın birliyini təcəssüm etdirən mühüm amillərdən biri oldu. Bu birlik qələbəmizə qədər belə də olacaq. Qarşımızda daşnak ideyası ilə zəhərlənmiş, tarixdə müqayisəolunmaz dərəcədə xüsusi qəddarlığı ilə seçilən xain düşmən var. Biz bu işi yarımçıq qoya bilmərik, düşmənə cəbhədə gözünü açmaga imkan verməməliyik. Ordumuz bu işi layiqincə yerinə yetirir”. Sədr müavini onu da qeyd etdi ki, şanlı ordumuzun tezliklə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edəcəyinə böyük əminlik var.

Vidadi ORDAHALLI

Son xəbərlər