01/12/2020 19:20
728 x 90

Paşinyan sülh tərəfdarı olmadığını bir daha açıq şəkildə bəyan etdi və Ermənistan ordusunun gücünü itirdiyini etiraf etdi

img

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur.

Trend-in məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.

Paşinyan bildirib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"

Paşinyan digər bir çağrışı ilə dinc əhalini də silahlanaraq döyüşlərə qatılmağa çağırıb.

Görünən odur ki, mövcud reallığı dərk edib qəbul edə bilməyən Ermənistan baş naziri danışıqlar prosesini növbəti dəfə əngəlləmək və dinc erməni əhalisini döyüşlərə qatmaq istəyir.

Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edərək özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb.

Paşinyanın bu çağırışı artıq məğlubiyyətin açıq etirafıdır. Ermənistan ordusunun bütün gücünü itrdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.

Son xəbərlər