şənbə günü, 17 oktyabr 2026
     

Bakı İrəvanın mövqelərini tam sarsıdır...

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti təhlil edən ekspertlər, araşdırma mərkəzləri artıq bu qənaətdədir ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin müqavimət imkanlarını əsaslı şəkildə sıradan çıxarıb. Hətta iş o yerə çatıb ki, indi erməni tərəfində də Azərbaycan qarşısında aciz durumda olduqlarına dair etiraflar artıb.

Bu halda Ermənistan üçün çıxış yolu Azərbaycanın şərtləri əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq verməkdir. Lakin Ermənistanda mövcud hakimiyyət və diaspor hələ də buna ciddi maneə yaratmaqda davam edir.

  • Müqavimət ermənilərə daha çox zərər vurur

Son məlumatların təhlili cəbhə zonasında davam edən hərbi əməliyyatların getdikcə daha çox sayda Ermənistan əsgər və zabitinin, eləcə də texnikasının sıradan çıxdığını göstərir. Real mənzərə bundan ibarətdir ki, düşmənin müqaviməti əbəs xarakter daşıyır və daha çox itki verməsi ilə nəticələnir. Türkiyənin İqtisadi və Xarici Siyasət Araşdırmaları Dərnəyinin direktoru Can Kasapoğlu da hesab edir ki, Ermənistanın müqavimət göstərdiyi halda daha böyük itkilərə məruz qalması qaçılmaz olacaq. Azərbaycanın döyüş meydanında Ermənistandan dəfələrlə üstün olduğunu söyləyən Kasapoğlu Bakının, kifayət qədər imkanı olmasına baxmayaraq, bu günə qədər mülki hədəflərə zərbə endirmədiyini bildirib: "Azərbaycan 200 kilometr məsafədəki hədəfi məhv etmək gücünə malik Belarus istehsalı "Polonez" raketlərinə və Ermənistanın "ürəy"ini vura biləcək İsrail istehsalı LORA taktiki-ballistik raketlərinə sahibdir. Ermənistan qarşıdurmanı çirkin bir şəkildə gərginləşdirir, çünki Azərbaycan ordusunun dronları qarşısında acizdir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanındakı böyük texnoloji üstünlüyü qarşısında Ermənistan açıq şəkildə müharibə cinayəti törədir. Erməni qüvvələri bir müddətdir ki, qəsdən əhalinin sıx yaşadığı mərkəzlərə və kritik əhəmiyyətə malik milli infrastrukturlara zərbələr endirir". Kasapoğlu Azərbaycan rəhbərliyinin kifayət qədər təmkinli yanaşma ortaya qoymaqla düzgün mövqe sərgilədiyini də vurğulayıb. Məsələyə eyni prizmadan yanaşan ekspertlərdən biri də rusiyalı siyasi təhlilçi  Maksim Şevçenkodur. O hesab edir ki, Ermənistan rəhbərliyinin baş verənlərdən lazımı nəticə çıxarması mühümdür: “Azərbaycan ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib. İndi Azərbaycan ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”. Şevçenko vurğulayıb ki, sülh prosesində artıq köklü dəyişikliklər baş verib: “Azərbaycan ordusu öz qüvvəsi, müasir silahları və müasir döyüş taktikası ilə dövlətinin işğal altındakı torpaqlarını azad edib”. Beləliklə, qeyd edilənlər Azərbaycanın düşmən üzərində bütün istiqamətlər üzrə ciddi üstünlük qazandığını bir daha təsdiq edir.

  • Düşmən savaşı davam etdirmək iqtidarında deyil

Proseslərin gedişi göstərir ki, Ermənistanın Azərbaycanla müharibəni davam etdirmək üçün resursları tam tükənmiş haldadır. Bura ilk növbədə hərbi sfera daxil edilir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 27 sentyabrdan bəri düşmənin 300 tank və zirehli texnikası, 300-dən çox ağır artilleriya və raket sistemi, 70 hava hücumundan müdafiə sistemi, 16 komanda-müşahidə və komanda-idarəetmə mərkəzi, 8 silah anbarı, 200 hərbi maşını, həmçinin minlərlə canlı qüvvəsini məhv edib. Bu itkilər hər keçən gün daha da artır. Ümumilikdə, Ermənistana 2 milyard dollardan çox zərər vurulub. Müxtəlif ehtimallara görə, mövcud müharibə Ermənistana gündə, orta hesabla, 100 milyon dollara başa gəlir. Bu fonda Ermənistanın savaşı davam etdirə bilmək üçün resursları artıq yox səviyyəsindədir.

Yeri gəlmişkən qeyd edək ki, bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov da maraqlı açıqlamalar verib: “Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur. Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin beşdə biri kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər". Həqiqətən də araşdırmalar göstərir ki, Ermənistanda mövcud makroiqtisadi qeyri-sabitlik ölkədə iqtisadi duruma ciddi zərər vurur. Bu hal milli valyutanın məzənnəsinin ucuzlaşması, sürətli inflyasiya, xarici borc artımı, bank-maliyyə sektorunda dərin böhranla müşayiət edilir. Enerji təminatı, nəqliyyat və digər fiziki infrastrukturun bərbad vəziyyətdə olması səbəbindən istehsal və nəqliyyat xərcləri artır. Bu da iqtisadiyyat üçün əlavə çətinliklər yaradır. Zəif olan biznes və investisiya mühitinin müharibə şəraiti ilə daha da böyük sürətlə çökməsi qeydə alınır. Bu şəraitdə Ermənistanın Azərbaycanla savaşı davam etdirməsi mümkünsüzləşir. Nəticə etibarilə ölkədə iqtisadi kiçilmənin davam etməsi qaçılmazdır və bu halda Ermənistan ordunun müharibə şəraitində artan tələblərini təmin edə bilməz. Halbuki, Azərbaycanda vəziyyət tam fərqlidir. Rəsmi məlumatlara görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından üçqat, müdafiə büdcələri baxımdan isə dördqat üstündür. Belə ki, Azərbaycanın müdafiə büdcəsi 2,3 milyard dollar, Ermənistanınkı isə 658 milyon dollardır. Digər istiqamətlər üzrə də vəziyyət kardinal şəkildə Azərbaycanın lehinədir. Bu da o deməkdir ki, Ermənistan Azərbaycana qarşı ciddi müharibə aparmaq üçün nə hərbi, nə də iqtisadi imkanlara malikdir. Davam edən savaşın hər günü isə Ermənistanı labüd iqtisadi fəlakətə daha tez yaxınlaşdırır.

  • Ermənistanın hamıdan əli üzülüb

Sirr deyil ki, cəbhədə son hərbi əməliyyatlar başladıqdan dərhal sonra Ermənistan münaqişəyə üçüncü tərəfi də cəlb etməyə can atdı. Bunun üçün ermənilər, xüsusən Rusiya kartını oynamağa daha çox səy göstərdi. Amma reallıq tamam fərqli mənzərənə üzə çıxardı. İndi nə Rusiya, nə də Qərbdə Ermənistana yaxın duran var.

Ekspertlər qeyd edir ki, əslində dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığından, Ermənistanın üçüncü qüvvəyə ümidi əbəsdir və ona kənardan heç kim dəstək verməyəcək. Bunu fransız politoloq Maksim Qauin də xüsusi olaraq vurğulayır. Ekspert öncə qeyd edir ki, erməni işğalçı qoşunları 27 sentyabra qədər təmas xətti yaxınlığında ağır silahların və ən təcrübəli əsgərlərin əksəriyyətini yerləşdirmişdi. Onun sözlərinə görə, Azərbaycan ordusu yalnız bir neçə gün ərzində cəbhə xəttinin böyük hissəsini yardı və Cəbrayıl, Füzuli kimi şəhərləri azad etdi: “Sentyabrın 27-dək Ermənistan rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” barədə danışırdı, Azərbaycanın əks-hücumunu gördükdən sonra Nikol Paşinyan qələbə qazanacağını bildirmişdi. İndi isə o, “güzəştlər”dən bəhs edir. Fikrimcə, bu açıqlamalar sonun yaxınlaşdığından xəbər verir. Beləliklə, ya İrəvan 1991-ci ilə qədərki Dağlıq Qarabağın mədəni muxtariyyət statusu qarşılığında torpaqların geri qaytarılmasına razı olacaq, ya da Azərbaycan ordusu bütün torpaqlarını geri qaytaracaq”. Ekspert xatırladır ki, Ermənistana beynəlxalq miqyasda heç kim dəstək vermir. Bu, Azərbaycan diplomatiyasının uğuru, Ermənistanın isə tək qalması deməkdir. Məhz bu şəraitdə Azərbaycanın Ermənistanı daha qısa zaman kəsiyində məğlubiyyətə düçar etməsi qaçılmaz sayılır.

Bu fonda yaşanan hadisələr bir daha onu göstərir ki, Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar işğalçı siyasət yürütdüyünə görə ona qarşı təzyiqlər artırılmalı, bu siyasətə son qoyulması üçün, Azərbaycanla yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də qəti addımlar atılmalıdır. Qeyd edilənlər həm də onu göstərir ki, Ermənistana Azərbaycan tərəfindən təkcə döyüş meydanında deyil, həm də beynəlxalq sahədə ciddi zərbələr vurulub.  Azərbaycanın hücum diplomatiyası sayəsində ölkəmiz haqqında həqiqətlər artıq dünyaya bəllidir, işğalçı Ermənistanın yalanlarına və hiylələrinə beynəlxalq aləmdə artıq heç kim inanmır. Təbii ki, bu da Qarabağ münaqişəsinin gedişinə öz təsirini göstərir. Bu fonda xatırladaq ki, artıq Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın indiki mövqeyini  qətiyyətlə qınayan bəyanatlar verilib. Bəyanatlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxması tələb edilir, Azərbaycanın güc amilindən istifadəsinə haqq qazandırılır. Eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanır. Bu, Azərbaycanın beynəlxalq miqyasda Ermənistan üzərində daha üstün mövqedə dayanmasını təmin edən mühüm faktorlardan sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ