Azad edilmiş Füzulinin orta məktəblərindən Prezidentə məktub – Orduya getməyə hazırıq…

img

Füzuli rayon 3 saylı tam orta məktəbin direktoru Ruhiyyə İmanova Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Bu gün bu məktubu Sizə Füzuli rayon sakini, hərbçi ailəsi və təhsil işçisi olaraq ünvanlayıram. 27 il Vətən həsrəti ilə yaşayan bizlərə Qələbə sevincini yaşadan Ali Baş Komandanımız, biz Sizin siyasətinizi dəstəkləyirik. Məcburi köçkünlərə göstərdiyiniz qayğı və diqqətə görə, bu gün doğma torpaqlarımızn işğaldan azad olunmasına görə Sizə və Sizin döyüş əmrinizi yerinə yetirən güclü Ordumuza təşəkkür edirik. Hər zaman Sizin və müzəffər Ordumuzun arxasındayıq.

Bu gün Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz, mənfur düşmənimizi öz uzaqgörən siyasətinizlə bir daha məğlub etdiniz. Həm siyasi meydanda, həm döyüş meydanında “Qarabağ Azərbaycandır!” sözünü yazdınız.

Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək, bizi böyük Qələbəyə aparacağınıza, tez bir zamanda üçrəngli bayrağımızın Şuşada dalğalandırılacağına inanırlar”.

R.İmanova həmçinin qeyd edib ki, Füzuli rayon təhsil işçiləri, hərbçi ailələri, bütün Füzuli rayon sakinləri hər zaman Prezident İlham Əliyevin göstərişlərinə əməl etməyə, ehtiyac olarsa, ordu sıralarında xidmət etməyə hazırdır.

Baki-xeber.com

Son xəbərlər