03/12/2020 08:08
728 x 90

“Twitter” səhifənizi hər an izləyirik – Moskvada həmyerlimiz İbrahim Yarıyevin Prezident Əliyevə müraciəti...

img

“Rusiya Federasiyasında yaşayan azərbaycanlılar adından Sizi salamlayıram. “Twitter” səhifənizi hər zaman, səbirsizliklə izləyir, qələbə xəbərlərinə sevinirik.

Rusiyada yaşamağımıza baxmayaraq, qəlblərimiz Sizinlədir və Azərbaycan xalqı ilə bir yerdə döyünür.

İşğal olunmuş torpaqlarımızın Sizin rəhbərliyiniz altında azad olunduğunu eşidəndə hər dəfə ordumuzun parlaq uğurunu, mükəmməl döyüş taktikasının şahidi oluruq. Ordumuza nailiyyət arzulayır, səhidlərimizə Allahdan rəhmət diləyirik.

Biz Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!” Bu fikirləri Rusiya Federasiyasının Moskva şəhərindən İbrahim Yarıyev Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər