03/12/2020 08:58
728 x 90

Siz xalqın əsl qəhrəmanısınız – Bakıdan Prezidentə məktub…

img

“1973-cü il təvəllüdlü həkiməm. 1988-ci ildə erməni vəhşiliyi nəticəsində, Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya olunub qaçqınlıq yaşamış insanlardanam. Birinci Qarabağ müharibəsi zamanı tələbə olsam da yaralananlara gecə-gündüz qulluq edirdim. O zaman torpaqlarımız işğaldan azad olunmasa hazırda Qələbə sevincini yaşayırıq.

... Azərbaycanın çiçəklənməsində gecə-gündüz etdiyiniz fədakarlığa görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin Azərbaycan səhiyyəsinə etdiyiniz diqqətə, yeni klinikaların tikilib müasir avadanlıqlarla təchiz olunduğuna görə təşəkkürümü bildirirəm. Bir həkim kimi isə olaraq COVID-19 pandemiyası ilə bağlı Azərbaycan xalqının sağlamlığının keşiyində durduğunuza görə xüsusi minnətdarlığımı bildirirəm.

Mən son günlər Azərbaycan ordusunun özünümüdafiə döyüşlərində yaralanan əsgərlərimizə xidmət edən həkimlərdən biriyəm. Yaralanmış əsgərlərin, gizirlərin, zabitlərin qələbə əzmi, döyüş ruhu tükənməzdir. Vətənin mərd oğulları hərbi xidmətə qayıtmaq, vətəninə qulluğa davam etmək istəyir. Bundan böyük qürur hissi yoxdur. Sağlamlığım itirmiş əsgər xidmətə qayıtmaq istəyir. Bütün dünya ictimaiyyəti eşitsin və bilsin. Bu Ali Baş Komandana olan böyük inamın, sevginin, ehtiramın nəticəsidir.

Sizə xalqıma yaşatdığınız böyük qələbələrə görə minnətdaram, təşəkkür edirəm. Sizə sönmüş vətənpərvərlik hissimizin yüksək səviyyəyə qaldırdığınıza görə sonsuz minnətdarlığımı bildirirəm.

Siz xalqın əsl Qəhrəmanısız. Allah Sizi qorusun!”

Bu fikirləri Bakıdan Qurban İsmayılov Prezident İlham Əliyevə məktubunda yazıb.

Baki-xeber.com

Son xəbərlər