87 yaşlı Füzuli sakini Qənirə xanımın və Əməkdar mühəndis Rafiq Aslanovun Prezidentə sözü – yaşatdığınız sevincli anlar üçün...

img

“Bir füzulili kimi fəxarət hiss ilə bildirmək istəyirik ki, Siz bu gün ahıl yaşında olan bir insanın və ailə üzvlərimizin 30 ilə yaxın çəkən torpaq həsrətinə nəhayət ki, son qoydunuz.

Bu qələbə Ulu Öndərimiz tərəfindən başlanılan və uzun illər Sizin tərəfinizdən uğurla həyata keçirilən siyasətin, o cümlədən sentyabr 27-dən bu günə qədər apardığınız ardıcıl hərbi və diplomatik mübarizənin uğurlu məntiqi nəticəsidir.

Siz Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər boyu işğal edilən torpaqların geri qaytarılmasına nail olursunuz. Bununla yanaşı, Azərbaycan tarixində görünməyən milli ruh və birliyin yaranmasında, onun möhkəmlənməsi və yüksəlişində misilsiz əməyiniz danılmazdır”. Bu fikirləri Prezident İlham Əliyevə müraciətlərində Füzuli rayonundan 87 yaşlı Qənirə Axundova və oğlu, Əməkdar mühəndis Rafiq Aslanov qeyd edib.

Müraciət müəllifləri həmçinin bildirirlər ki, qısa müddətdə ardıcıl olaraq bir sıra yaşayış məntəqələrinin, o cümlədən Füzuli rayonunun bir sıra kəndlərinin və şəhərin işğaldan azad olunması Prezident İlham Əliyevin  Ali Baş Komandan kimi rəhbərlik etdiyi rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində mümkün olub. “Hər bir vətəndaşımız kimi biz də əminik ki, Sizin rəhbərliyiniz altında qısa müddətdə bütün torpaqlarımız tezliklə işğaldan azad olunacaqdır.

Bir daha, Azərbaycan xalqına, o cümlədən ailəmizə yaşatdığınız sevincli anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Allahın nəzəri və dualarımız daim üzərinizdə olsun!” - deyə Füzuli rayon sakinləri qeyd edirlər.

Baki-xeber.com

Son xəbərlər