Müdafiə Nazirliyi Xudafərinlə bağlı erməni yalanını ifşa etdi - Xudafərini birdəfəlik unutsunlar

img

Erməni mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".

Son xəbərlər