şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfiri “Dağlıq Qarabağ regionunda yaşamaq oradan zorla qovulmuş azərbaycanlıların haqqıdır” dedi

Image


İtaliyanın nüfuzlu İl Giornale qəzetinə bağlı “Insideover”portalında jurnalist Mauro İndelikatonun müəllifi olduğu “Nə üçün Dağlıq Qarabağa münasibətdə Trentino-Cənubi Tirol modelindən danışılır?” başlıqlı məqalə dərc olunub.

Müəllif məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Minsk konfransının ilk sədri olmuş İtaliyanın o zamankı xarici işlər nazirinin müavini Mario Raffaellinin fikirlərinə geniş yer verir.

Məqalədə müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun baş vermə səbəbləri haqqında danışaraq, erməni və azərbaycanlı icmaların birgə yaşadığı Dağlıq Qarabağ regionunun tarixən Azərbaycan ərazisi olduğunu, regiona 1923-cü ildə sovet dönəmində Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusu verildiyini, SSRİ-nin dağılmasından sonra regionla bağlı müharibənin başlandığını və münaqişənin hələ də həll olunmadığını diqqətə çatdırır. O, siyasi səviyyədə də məsələnin mürəkkəb olduğunu: bir tərəfdən hətta Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan “de-fakto müstəqil respublika”nın yaradıldığını, digər tərəfdən isə Azərbaycan hökumətinin Dağlıq Qarabağ və Ermənistanın işğalı altında olan digər ətraf yeddi rayonu yenidən azad etmək fikrindən heç zaman imtina etmədiyini vurğulayır.

Məqalədə münaqişənin sülh yolu ilə həlli ilə məşğul olan Minsk konfransının ilk sədri olmuş İtaliyanın o zamankı xarici işlər nazirinin müavini Mario Raffaellinin fəaliyyəti də xatırlanılır və onun məsələ ilə bağlı fikirlərinə yer verilir: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün 1992-ci ildə ATƏM (hazırkı ATƏT) tərəfindən Minsk qrupu yaradılmışdır. Onun tərkibinə doqquz dövlət: Almaniya, ABŞ, Belarus, Fransa, İtaliya, Rusiya, İsveç, Türkiyə və Çex Respublikası daxil idi və sədrlik mənim timsalımda İtaliyaya həvalə edilmişdi”. M.Raffaelli məhz həmin zaman nümunə kimi Trentino-Cənubi Tirol modelindən danışılmağa başlandığını bildirmiş və səbəb kimi bir dövlətin tərkibində yaşayan etnik azlıqla bağlı tətbiq olunmuş təcrübədən istifadə etməyin vacibliyini göstərərək, Trentino-Cənubi Tirol əyalətinin muxtariyyətinin o zaman öyrəniləsi modeli olduğunu və bu gün də aktuallığını itirmədiyini diqqətə çatdırmışdır.

M.Raffaelli qeyd edir ki, “Dağlıq Qarabağın müstəqilliyi real deyildir, eyni zamanda Azərbaycan dövlətinin tərkibində adi statuslu muxtariyyət vədi regionda yaşayan ermənilər üçün qəbuledilməzdir. Bu halda Trentino-Cənubi Tirol modelində olduğu kimi, üçüncü yol dövlətin ərazi bütövlüyünə xələl gəlmədən beynəlxalq zəmanət altında əraziyə muxtariyyətin verilməsidir”. Belə olduqda, hər iki tərəf razılığa gələrək məmnun qalırlar: azərbaycanlılar yenidən hazırda de-fakto Dağlıq Qarabağdakı qurum tərəfindən nəzarət edilən əraziləri öz dövlətlərinin tərkibində görürlər, ermənilər isə rəsmi səviyyədə erməni dilində danışmaq və bu dildən istifadə etmək imkanı verən muxtar regionda yaşayırlar və bütün bunlar beynəlxalq zəmanət altında həyata keçirilir.

Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məsələyə münasibətdə açıqlamalarından da sitat gətirilir: “İnanıram ki, Trentino-Alto Adice modeli İtaliyanın sülh prosesində daha fəal rol oynaya biləcəyi vacib elementlərdən biridir. Dağlıq Qarabağ regionunun erməni icması Azərbaycanda yaşayan etnik azlıqdır və öz müqəddəratını təyin etmə etnik azlıqların dövlətdən ayrılma hüququ demək deyildir. Azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağdakı öz doğma torpaqlarına qayıtmasından sonra, Trentino-Alto Adice modeli də daxil olmaqla dünyanın ən mütərəqqi modellərinin təcrübəsi əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunun yekun statusu müəyyən oluna bilər və regionda erməni və azərbaycanlı icmalar birgə sülh şəraitində və ləyaqətlə yaşaya bilərlər”.

M.Əhmədzadə əlavə edir ki, “Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüquqa, Helsinki Yekun Aktına və 1993-cü il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla  beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə əsaslanır”. Səfirə görə, İtaliyada tətbiq olunmuş model müxtəlif səbəblərdən həll yolu kimi təqdim oluna bilər. “Dağlıq Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin erməni xalqının öz müqəddəratını təyin etməsi ilə bağlı heç bir əlaqəsi yoxdur, hansı ki ermənilər Ermənistan dövlətini yaradaraq bu hüquqdan istifadə etmişlər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasını tələb etmək dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin həmin ölkələrin birində yeni erməni dövlətinin yaradılmasını tələb etmək qədər məntiqsizdir”, deyə səfir bildirir.

“Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağ regionunun hazırda həmin ərazidə yerləşən erməni icması və Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizlənməyə məruz qalaraq oradan zorla qovulmuş azərbaycanlı icması vardır. Dağlıq Qarabağ regionunda yaşamaq təkcə ermənilərin deyil, oradan zorla qovulmuş azərbaycanlıların da haqqıdır. Ermənistan tərəfinin azərbaycanlıların qovulması hesabına Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmə hüququnu tələb etməsi mənasızdır və Ermənistanın Azərbaycanın ərazilərini ilhaq etmək niyyətinin əsl mahiyyətini üzə çıxarır”, M.Əhmədzadə fikrini yekunlaşdırır.    

Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür: https://it.insideover.com/politica/perche-si-parla-di-modello-trentino-sudtirol-nel-nagorno.html



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ