03/12/2020 20:43
728 x 90

KİVDF və “Azərişıq” ASC-nin jurnalistlər üçün birgə təşkil etdikləri yazı müsabiqəsinin qalibləri müəyyənləşdi

img

Oktyabrın 20-si “Azərişıq” ASC-nin 5 yaşı tamam oldu. “Azərişıq” ASC-nin 5 illiyi münasibətilə  sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan edilən  jurnalist-yazı müsabiqəsi başa çatıb. “Azərişıq” ASC-nin yubileyi günündə “Azərişıq” ASC və KİVDF tərəfindən jurnalistlər üçün təşkil olunan yazı müsabiqəsinin qalibləri müəyyənləşdi.

 

Məlum olduğu kimi, müsabiqə çərçivəsində jurnalistlər üçün öncə 5 günlük təlim təşkil edilib.

Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti ilə tanış oldular, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, tətbiq olunan innovativ yeniliklər, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verildi. Təlimlərin yekununda media nümayəndələri üçün “Yarımstansiya muzeyi” və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edildi. Sonra təlim iştirakçıları layihənin digər mərhələsinə - “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsinə qatılıblar.

“Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzov tədbirdə çıxış edərək bildirdi ki, qurumun həyata keçirdiyi layihədə KİV nümayəndələrinin iştirak etməsi, qurumun fəaliyyətinə dəstək verməsi çox müsbət haldır. X.Təhməzov vurğuladı ki, bütün ölkə ictimaiyyətinin diqqətinin cəbhədə olduğu bir zamanda KİV nümayəndələrinin təlimlərə qatılması, yazı müsabiqəsində iştirak etməsi yüksək qiymətləndirilir. Bunun KİV-lə “Azərişıq” ASC arasında davamlı əməkdaşlığın təmin olunmasında əsas olduğunu deyən X.Təhməzov bildirdi ki, hazırda “Azərişıq”ın əməkdaşları arasında da cəbhədə olanlar var, 350 nəfər əlində silah düşmənə qarşı vuruşur, bəzi əməkdaşlar isə düşmənin atəşi nəticəsində sıradan çıxan elektrik xətlərinin, transformatorların təmir edilməsi ilə məşğul olur, cəbhə bölgələsinin operativ şəkildə enerji ilə təmin edilməsini həyata keçirirlər.  

KİVDF-nin mətbuat katibi İlkin Nadirov da çıxışında bildirdi ki, müsabiqəyə təqdim edilən yazıların hamısına diqqətlə baxılıb və onların içindən ən yaxşıları seçilib. O, həmçinin, vurğualdı ki, müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçirilib. Sonda elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən edildi və mükafatlandırıldı.

İradə SARIYEVA

Son xəbərlər