02/12/2020 17:36
728 x 90

Ermənistanın torpaqlarımızda tikdiyi dəhşətli mühəndis istehkamlar, stil Hitlerindir – tikintini fransızlar aparıb…

Ramil Məmmədli: “Bu baxımdan, fransızların istehkam qurğuları ilə bağlı yardımı istisna olunmur”

img

“Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi”. Bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Ölkə başçısı müsahibəsində bununla bağlı bir sıra məqamlara toxunub: “Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik”.

Göründüyü kimi, ermənilər işğal olunmuş ərazilərdə çox güclü mühəndis-istehkam qurğuları inşa ediblər. Aydın məsələdir ki, ermənilərin belə qurğuları tikməyə nə strategiyası, nə də imkanları olub. Çox güman ki, bunun tikilməsində Fransadan olan mütəxəssislər yaxından iştirak ediblər. Nəzərə almaq lazımdır ki, Ermənistanla xüsusi yaxın əlaqələrə malik olan Fransanın bununla bağlı yaxşı təcrübəsi var. Belə ki, İkincu Dünya Müharibəsi ərəfəsində - 1929-1936-cı illərdə Fransa Almaniya ilə sərhəddə Majino müdafiə xətti tikib. Bu xətdən əsas müdafiə zolağına uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km-ə yaxın, dərinliyə isə 6-8 km idi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünüb. Fransız hərbi doktrininə uyğun olaraq, Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı. Ancaq Fransa-Belçika sərhədində istehkamların olmaması Almaniyaya 1940-cı ildə Majino xəttini şimaldan yandan keçmək imkanı verdi. Nəticədə çox keçmədi ki, Fransa təslim oldu.

Maraqlıdır, bəs hərbi ekspertlər Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu mühəndis-istehkam qurğularının ərsəyə gəlməsində fransızların yaxından iştirakı ehtimalını necə dəyərləndirirlər?

  • “Ancaq vaxtilə keçmiş sovet ordusunun zabit heyəti də bu işdə iştirak edib”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Fransadan olan mütəxəssislər sözügedən prosesdə yaxından iştirak ediblər: “Çünki Fransanın Ermənistanla çox yaxın olan əlaqələri heç kəsə sirr deyil. Bu ölkə bütün sahələrdə işğalçı ölkəyə öz yardımını əsirgəmir. Uzun illərdir Fransa müxtəlif sahələrdə Ermənistanla əməkdaşlıq edir. O cümlədən, iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur. Bu baxımdan, fransızların istehkam qurğuları ilə bağlı yardımı istisna olunmur. Ancaq bütün bunlarla yanaşı, hesab edirəm ki, vaxtilə keçmiş sovet ordusunun zabit heyəti də bu işdə iştirak edib. Ermənilərə nə mümkündürsə, kömək ediblər. Onlar elə bilirdilər ki, işğalçı tərəf daimi olaraq həmin əraziləri əlində saxlayacaq. Ancaq müzəffər Azərbaycan Ordusu işğalçı tərəfin bütün planlarını alt-üst etdi”.

Hərbi ekspert onu da qeyd etdi ki, heç bir müdafiə səddi Azərbaycan əsgərinin qarşısında dayana bilməz.

Vidadi ORDAHALLI

Son xəbərlər