şənbə günü, 17 oktyabr 2026
     

İtalyan tədqiqatçı Dağlıq Qarabağ müharibəsinin xristianlar və radikal islamçılar arasında dini müharibə olması iddiasını kosmik yalan adlandırdı

Image


İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı məşhur EUROACTIVE portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: sülh zamanıdır?” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə müəllif 10 oktyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış humanitar atəşkəsi xatırladaraq sülh və dialoq üçün tələb olunan şərtlər və atılmalı olan addımlardan danışır. Müəllif qeyd edir ki, Azərbaycan hazırda üstün mövqedədir və hərbi nöqteyi-nəzərindən Bakı qələbə çalmaqdadır. Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafında yerləşən bir sıra ərazilər üzərində nəzarət əldə etmişdir. Həmçinin siyasi cəhətdən də, milli ərazisi olan həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda əməliyyatlar aparmaq üstünlüyü vardır və bütün bu vəziyyət sülh üçün bəzi hazırlıqlara yol açır.

D.Pommier bildirir ki, müharibəni “Dağlıq Qarabağ münaqişəsi” kimi təqdim etmək həqiqəti tam əks etdirmir. Əslində münaqişəyə daha geniş ərazilər: etnik cəhətdən tam şəkildə azərbaycanlıların yaşadığı və 1992-1994-cü illərdə Ermənistanın işğalı nəticəsində həmin azərbaycanlıların zorla qovulduğu ətraf ərazilər də cəlb olunub. Həmçinin bu ərazilər, hansı ki Ermənistan onları təhlükəsizlik səbəbindən işğal etdiyini bildirir, işğalı və qanunsuz məskunlaşdırmanı qadağan edən beynəlxalq hüquq normalarına zidd olaraq qanunsuz məskunlaşdırılma cəhdlərinə məruz qalıb.

Müəllif bildirir ki, hamıya aydındır ki, 25 ildən artıq davam edən bir münaqişə üçün dayanıqlı sülhə qısa müddət ərzində nail olmaq çətindir, lakin ətraf rayonlar təcili azad olunmalıdır. Çünki heç kim inkar edə bilməz ki, ətraf yeddi rayon ədalətsiz şəkildə “qalxan ərazilər” kimi istifadə olunub. Söhbət Ermənistan üçün üstün psixoloji və hərbi yayındırma, əslində isə etik cəhətdən qəbul edilməz vasitədən gedir. İstənilən müşahidəçi Dağlıq Qarabağdan və ətraf yeddi rayondan zorla qovulmuş azərbaycanlı əhalinin iztirablarını, beynəlxalq ictimaiyyətin gözü qarşısında saxlanılan hazırkı dəhşətli status-kvoya görə həmin azərbaycanlıların məyusluğunu görmədən bu müharibəni başa düşə bilməz. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının qətnamələri də işğalçı qüvvələrin ilk olaraq məhz bu ərazilərdən çıxarılmasını nəzərdə tutur.

D.Pommier qeyd olunan BMT qətnamələrinin həyata keçirilməsi istiqamətində 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təsdiq olunmuş “Madrid prinsipləri”nin əsas yol xəritəsi kimi qaldığını düşünür və həmin prinsiplərin aşağıdakıları ehtiva etdiyini xatırladaraq vurğulayır ki, bu prinsiplər ilə bağlı əsas problem Azərbaycanın həmin prinsiplərə razı olmasına baxmayaraq, Ermənistanın birtərəfli qaydada onları rədd etməsidir: Müəllif həmin prinsipləri sadalayaraq bildirir:

- Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması və həmin ərazilər üzərində Azərbaycanın legitim suverenliyinin bərpa olunması,

- İşğal olunmuş bütün ərazilərə, həm Dağlıq Qarabağa, həm də ətraf yeddi rayona məcburi köçkünlərin qaytarılması,

- Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması,

- Dağlıq Qarabağa beynəlxalq zəmanət altında keçid status və özünüidarəçiliyin verilməsi,

- Keçid müddətinin sonunda əhalinin azad iradəsi ilə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi.

Məqalədə Dağlıq Qarabağın yekun statusuna münasibətdə müxtəlif modellər, o cümlədən İtaliyanın Alto Adice modeli haqqında danışıldığı bildirilir. D.Pommierə görə, münaqişənin həlli yolu kimi Qrenlandiya modelini də tətbiq etmək olar. O, bildirir ki, inuit xalqının yaşadığı, lakin XVII əsrdən etibarən Danimarka ərazisi olan Qrenlandiyaya 1979-cu ildən Danimarka daxilində muxtariyyət verilmişdir. Eyni zamanda, Qrenlandiya Danimarkanın suverenliyini, qanunlarını və ərazi bütövlüyünü tanıyaraq, onun ayrılmaz hissəsidir. Bu model hamının xeyrinə həm ərazi bütövlüyünün, həm də öz müqəddəratını təyin etməyin uzlaşdığını göstərən canlı nümunədir.

Məqalədə müəllif Azərbaycana qarşı yayılan saxta xəbərlərə də toxunur və informasiya məkanının onlardan təmizlənməsinin vacibliyini diqqətə çatdırır, bu saxta xəbərlərdən ikisini misal çəkərək əksini sübut edir. O, aparılan müharibənin guya 1915-ci ildə baş vermiş qondarma erməni soyqırımının davamı olması iddiasına cavab verərək, bunun tam yalan olduğunu və həmin hadisələrin hazırkı münaqişə, Qafqaz və Azərbaycan ilə əlaqəsi olmadığını göstərir. Həmçinin, müharibənin guya “xristianlar və radikal islamçılar arasındakı dini müharibə olması” iddiasını isə “kosmik yalan” adlandıraraq izah edir ki, Qafqazda din heç vaxt əhəmiyyətli rol oynamayıb və Azərbaycan da ünsiyyət nöqteyi-nəzərindən din amilinə müraciət etməyib. Ermənistan tərəfinin bu vasitədən istifadə etməsi, təəssüf ki, hələ də islamofob olan bu dünyanın “rəğbətini qazanmağa” çalışmasından xəbər verir.

Sonda D.Pommier, guya Azərbaycan tərəfdən cihadçıların vuruşması da daxil olmaqla, çoxsaylı saxta xəbərlərin də dolaşdığı, lakin yuxarıda qeyd olunan iki əsas saxta xəbərdən informasiya məkanının təmizlənməsinin sülhə doğru addım atılmasına kömək edəcəyini vurğulayır. 

Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür: https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-tempo-di-pace/



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ