şənbə günü, 17 oktyabr 2026
     

BMT TŞ-nin Dağlıq Qarabağda atəşkəsə dair qapalı iclasından bəzi xəbərlər sızdı - atəşkəsə nəzarət mexanizmi indi necə mümkün ola bilər ki…

Image


BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Bu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib:

 

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir. Bu məsələ, əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib".

 

Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var: "Belə məlumatlar var idi ki, Rusiya müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə edib".

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur: "Orada kim olacaq və hansı statusda, bu hələ müzakirə mərhələsində olan sualdır".

Göründüyü kimi, BMT Təhlükəsizlik Şurası atəşkəsə nəzarət üçün mexanizmlərin axtarışına çıxıb. Bu hansı formada mümkün ola bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclas keçirəcəyi haqqında məlumat verilib:

“Məsələ ondadır ki, Ermənistan humanitar atəşkəs haqqında qəbul etdiyi öhdəliklərə əməl etmir və bu üzdən də atəşkəs haqqında razılaşma işə yaramır. Biz bunu hələ hərbi əməliyyatların ilk günlərində, humanitar atəşkəs haqqında ilk fikirlər səslənməyə başlayanda bilirdik ki, bu atəşkəs sadəcə Ermənistan üçün onun havadarlarının bir “dost xidmətidir”. Bu humanitar atəşkəs havadarlarının Ermənistanı silahlanması üçün bir möhlət kimi lazımdır. Birinci Qarabağ müharibəsində onlar  xarici və muzdlu hərbi birləşmələrin  və daha çox Azərbaycan daxilindəki siyasi təxribatların hesabına boşaldılmış əraziləri  işğal edə biliblər. Bundan sonra isə mütəmadi olaraq baş verən eskalasiayalar qısamüddətli - 3-4 günlük olduğu üçün Ermənistan bu dəfə də  hərbi əməliyyatları qısamüddətli hesablamışdı. Ermənistan həmişəki riyakar ampluasında hərbi təxribatı başlayıb, davam edir. Ermənistan rəsmiləri və bütün dünyadakı erməni diasporu, güya Azərbaycan və Türkiyənin Dağlıq Qarabağda müştərək hərbi əməliyyat keçirməsi yalanlarını tirajlayır. Humanitar atəşkəs zamanı Azərbaycan, aydın məsələdir ki, Ermənistanın hərbi təxribatlarına cavab vermək məcburiyyətindədir və verir. Humanitar atəşkəsin işə yaramadığı bəlli olan kimi ATƏT-in Minsk Qrupunun hərbi əməliyyatlar mövzusunu BMT Təhlükəsizlik Şurasına müzakirəyə çıxaracağını ilk günlərdən ehtimal etdik. Bazar ertəsi - 19.10.2020 tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı qapalı iclas keçirdi. Iclas Minsk Qrupunun həmsədrləri olan Rusiya və Fransanın təşəbbüsü ilə keçirilib. Burda bir daha qeyd etmək istəyirəm ki, bu da Ermənistanın ATƏT-in Minsk Qrupundakı "dostlarından"ona növbəti xidmətdir.

Gəncədə mülki əhalini iki dəfə gecə yatdığı yerdə ballistik raket atəşinə tutmaqlarını necə izah edəcəklər ?

İlkin məlumatlar budur ki, BMT TŞ-nin Rusiyanın daha öncə də bir neçə dəfə səsləndirdiyi  “atəşkəsə nəzarət mexanizmi”nin işə salınması təklifi var.

Görüşlə paralel bir vaxtda Rusiya XİN Sergey Lavrov mətbuat konfransı zamanı dedi ki,  atəşkəs rejiminə riayət olunmasını izləyən bir mexanizm yaratmaq lazımdır. Lavrov şəxsən özü, Müdafiə naziri və  Azərbaycan və Ermənistandan olan həmkarları ilə bunun üzərində fəal işləyirlər. Rusiya ümid edir ki, belə bir mexanizm yaxın gələcəkdə razılaşdırılacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu təklifə cavabını verib və konfliktin həllinin Azərbaycan üçün ən məqbul "reseptini" göstərib: Ermənistan hərbi əməliyyatları dayandırmağımızı istəyirsə, təcili işğal olunmuş ərazilərimizi qeyri-şərtsiz tərk etməlidir.

Bu nəzarət mexanizmi təşəbbüsünü Rusiyanın Dağlıq Qarabağa "sülhməramlılar yeridilməsi"  istəyinin fərqli ifadəsi kimi qəbul etməliyik. Bu “nəzarət mexanizmi” Rusiyaya İranla quru əlaqəsi əldə etmək və Avropa Birliyinin “Qazprom”dan kənardakı alternativ xətlərini istədiyi vaxt hədələmək imkanı verə bilər.

İstənilən halda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi nə Rusiya, nə ABŞ, nə də Fransa Dağlıq Qarabağda "sülhməramlı" missiya və ya "nəzarət mexanizmi" həyata keçirə bilər. ATƏT-in Minsk Qrupunun "həmsədr ölkə qüvvələri sülhyaratma prosesində iştirak edə bilməz" kimi razılaşması mövcuddur. Konkret olaraq hansı nəzarət mexanizmi tətbiq edilə bilər sualına gəlsək, bu mexanizm beynəlxalq sülhməramlı təcrübələrə uyğun hücum və kəşfiyyat-təxribat hərəkətlərinin qadağan edilməsi, istənilən növ uçan aparatların istifadəsinə qadağa, snayperdən istifadə və  ağır silahların yaşayış məntəqələrində və ətraflarında yerləşdirilməsini qadağan edən bir mexanizm kimi təbiq olunacaq.

Bu isə, aydındır ki, həm də Ermənistan üçün nəfəslik açmaq deməkdir, ən əsası isə, status-kvo –ya qayıtmaq cəhdi  anlamına gəlir”.

Ekspert hesab edir ki, ATƏT-in Minsk Qrupunun bundan sonra edə biləcəyi tək bir şey var: Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra sülh müqaviləsini hazırlasın  və Ermənistanı bu sülhə imza atmağa məcbur etsin.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ