Cümə günü, 11 iyul 2025
     

Ordumuz 28 il əvvəl Xocalıda yüzlərlə dinc azərbaycanlını qətl etmiş erməni canilərini Qarabağda cəzalarına çatdırdı - konkret adlar…

Image

1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliam, soyqırım dünyanın ən dəhşətli hərbi cinayətlərindən biri olsa da, təəssüf ki, 28 il bu cinayətləri törədənlər əli-qolu açıq şəkildə gəzdilər. Beynəlxalq birliyin cəzalandırmadığı erməni canilərini bu gün qalib Azərbaycan Ordusu cəzalandırır.

28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırım törədənləri Paşinyan hökuməti “qoca könüllülər” adı altında Qarabağ cəbhəsinə göndərdi. Azərbaycan Ordusu isə “qoca könüllülər”in xeyli hissəsini məhv edib və bununla da cinayəti cəzasız qoymayıb.

Bu gün Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı hərbi əməliyyatlar uğurla davam edir.

Məlumatlara görə, Milli Ordumuzun əks-hücumları zamanı Xocalı soyqırımının iştirakçısı olmuş və hərbi əməliyyatlar başlayandan sonra ön xəttə gələn bir qrup erməni hərbçisi məhv edilib.

Ermənistan tərəfdən öldüyü təsdiqlənən bu hərbçilərin Xocalı soyqırımının iştirakçısı olmaları üzə çıxıb. Belə ki, Torosyan Radik Papinoviç, Qriqoryan Xaçak Formikoviç, Mayılyan Rubik Hovannisoviç, Badoyan Nver Artaşeviç, Melkonyan Serob Məlikoviç, Matevosyan Lernik Martikoviç, Petrosyan Abet Vrejeviç, Poğosyan Arşavir Aşotoviç, Mnoyan Muşeq Lavrentoviç, Qriqoryan Qaqik Fridonoviç, Sirekanyan Qaqik Vaanoviç, Karapetyan Edo Armenoviç, Becanyan Samvel Borikoviç, Asatryan Simon Geqamoviç, Arakelyan Norayr Vladimiroviç, Aleksandr Harutyunyan, “körpə” ləqəbli Mher Harutyunyan, “qara panter” ləqəbli Rüstəm Qasparyan, Aleksandr Harutyunyan və başqaları 1992-ci ildə Azərbaycan xalqına qarşı qətliamlar həyata keçirilərkən işğalçı Ermənistan ordusunda müxtəlif postları tutublar. Ordumuz tərəfindən öldürülən cinayətkarlar arasında “Martik Kamo” ləqəbli Kamo Nayra da var.

Beləliklə, artıq Azərbaycan Ordusu Xocalının, Xocalıda soyqırıma məruz qalan insanlarımızın qisasını alıb və almaqda da davam edir. Hələ Zori Balayan, Robert Köçəryan, Serj Sarkisyan və başqaları törətdikləri cinayətlərə görə cəzalarına çatmayıblar. Bizim ziyalılar deyirlər ki, onları öldürmək lazım deyil, torpaqlarımızın tam olaraq terrorçu Ermənistanın işğalından azad edilməsindən sonra onların özlərinin ürəyi partlayıb öləcəklər. Bu cinayətkarlar diri gözlü ölməlidirlər...

Əlbəttə, atalarımızın “nahaq qan yerdə qalmaz” kimi özünü əsrlərin sınağından keçərək qoruyan zərb-məsəlinin nə qədər həqiqəti əks etdirdiyinin şahidi oluruq. Heç qisas da qiyamətə qalmır. Bunu da atalarımız deyib.

  • “...bütün şəhidlərimizin qisası cinayətkarlardan alınır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, dünyada İlahi əıdalət deyilən bir ifadə var, biz bu gün onun gücünü görürük: “Amma bir çox halda görürük ki, ədalətsizliyin, haqsızlığın hökm sürdüyü dünyada cinayətkarlar öz layiqli cəzalarını almırlar. Çünki onların arxasında beynəlxalq himayədarları, böyük dövlətlər dayanırsa, belələrinin cinayətlərinə beynəlxalq qurumlar göz yumurlarsa, dünyanın gözü qarşısında insanlığa, bəşəriyyət əleyhinə cinayət törədənlərin cəzalandırılması çox çətin olur. Xüsusən də Azərbaycan dövlətinə, xalqına qarşı ağır cinayətlər törətmiş xeyli sayda erməni terrorçusu var. Onların bir qismi uzun müddət Ermənistanda hakimiyyətdə olub, bir hissəsi hələ də hakimiyyətdədir. Biz bunu həmişə qəzəb hissi ilə deyirdik ki, Xocalı soyqırımında birbaşa iştirakı olanlar öz cəzalarını almalıdırlar. Təəssüf hissilə bildirirdik ki, necə ola bilər, bu cinayətkarlar cəzasız qalır? Azərbaycan xalqına qarşı soyqırım törədənlərin Ermənistanda, Rusiyada dövlət vəzifələrində olması, onların cəzalandırılmaması xalqımızı qəzəbləndirirdi. Bu cinayətkarların özləri açıq etiraf edirdilər ki, Xocalı soyqırımında iştirak ediblər. Amma görürsünüz ki, Xocalı qətliamında yaxından iştirak edənlərin, əlləri xalqımızın qanına batanların bir qismi Azərbaycan Ordusu tərəfindən məhv edilib, canilər cəzalarına çatdırılıb. Amma hələ də bir hissəsi cəzasız qalıb. Azərbaycan xalqı da, dövləti də terrorçu deyil.  Düzdür, əvvəllər ictimaiyyət arasında bəzi insanlar deyirdilər ki, Xocalı soyqırımında iştirak edən adamların cinayətlərinə beynəlxalq aləm susursa, biz özümüz onları tapıb cəzalandırmalıyıq. Amma Azərbaycan xalqı terrora meylli deyil, bu bizə yaddır. Terror ermənilərə xas olan eybəcər bir xüsusiyyətdir

Bu gün artıq zaman gəlib yetişdi, İlahi ədalət bərpa olundu və cəbhədə döyüş şəraitində üz-üzə Xocalı soyqırımını törətmiş cinayətkarların bir hissəsi ordumuz tərəfindən cəzalarına çatdırıldı. Ordumuz tərəfindən Xocalı soyqırımının günahsız qurbanlarının, bütün şəhidlərimizin qisası cinayətkarlardan alınır.  

Hesab edirəm ki, hələ də kənarda qalan cinayətkarlar da ordumuz tərəfindən hökmən məhv ediləcək”.

A.Nağının sözlərinə görə, işğalçı ordunu tam olaraq torpaqlarımızdan çıxardıqdan və qələbə qazandıqdan sonra Azərbaycan xalqına qarşı hərbi cinayətlər, soyqırım və qətliamlar törədən Serj Sarkisyan, Köçəryan, Ohanyan, Samvel Babayan və yüzlərlə digər hərbi caninin də cəzası Azərbaycan dövləti tərəfindən veriləcək.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi....

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910