02/12/2020 19:48
728 x 90

Bakıda yaşayan ermənilər də Azərbaycanın qələbəsi naminə səs çıxardılar…

Təranə Məmmədova: “Ermənilər ölkəmizdə dinc, sakit şəkildə yaşayırlar”

img

Bakı şəhərində yaşayan ermənilər dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciət ediblər. Müraciətə on minlərlə erməni adından bir qrup şəxs imza atıb. Onların yazdığı müraciətdə deyilir:

 

“Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır. Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində, davamlı olaraq, sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetiriliblər. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin durdurulmasında, işğal edilmiş Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılmasında öz nüfuzu və gücündən istifadə etsin. Nahaq qanların axıdılmasının qarşısının alınmasına dəstək olsun. Dünyada bütün dinlər insanların dinc, yanaşı, sülh içində yaşamasına xidmət edir. Bizim din xadimlərimiz də buna çalışmalı, dünya miqyasında barəmizdə formalaşmış mənfi imicin götürülməsinə səy göstərməlidirlər”.

 

Qeyd edək ki, Bakıda yaşayan ermənilər işğal altında olan torpaqların geri qaytarılmasını, Azərbaycan tərəfinin qələbə qazanmasını istəyirlər.

  • “Bakıda yaşayan ermənilər Azərbaycanın haqlı olduğunu, öz torpağı uğrunda mübarizə apardığını bildikləri üçün, ölkəmizin bu mübarizədə qələbə qazanmasını istəyirlər”

Tarixçi Təranə Məmmədova bildirdi ki, Azərbaycan çoxmillətli bir dövlətdir, burada müxtəlif xalqların nümayəndələri yaşayır və hər bir xalqın nümayəndəsi də Azərbaycan dövlətinin himayəsindədir, onların konstitusion hüquqları tam şəkildə qorunur.  Ermənistanın əsas hədəfi Azərbaycanın mülki əhalisidir, dinc camaatdır: “Azərbaycan tərəfi dinc, sivil insanları hədəfə almayıb. Ancaq Ermənistan mülki əhalini, uşaqları qətlə yetirir. Erməni terroru bütün bəşəriyyətə, insanlara qarşı yönəlib. Məlumdur ki, ermənilərin Gəncəyə atdığı mərmilərin partlaması nəticəsində ağır yaralananlardan biri erməni olub. Bu o deməkdir ki, ermənilər Azərbaycanda hər zaman rahat yaşayıblar, lakin onların həyatına erməni terrorçuları qəsd edirlər. Ölkəmizdə yaşayan ermənilər sakit həyat tərzi keçirirlər. Onlar görürlər ki, kimsə onlara “gözün üstə qaşın var” demir. Ermənilər ölkəmizdə dinc, sakit şəkildə yaşayırlar. Ən əsası, Bakıda yaşayan ermənilər Azərbaycanın haqlı olduğunu, öz torpağı uğrunda mübarizə apardığını bildikləri üçün, ölkəmizin bu mübarizədə qələbə qazanmasını istəyirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər