03/12/2020 20:01
728 x 90

Ermənistanın qaniçən ordusu son 23 gündə 62 dinc azərbaycanlını qətlə yetirib

Rüfət Quliyev: “Dinc əhaliyə əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir”

img

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlatdığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusu böyük itkilərə məruz qalıb. Böyük sayda canlı qüvvəsini, zirehli texnikasını, silah-sursatını itirən, işğal altında saxladığı mövqelərdən geri çəkilmək məcburiyyətində qalan düşmən Azərbaycanın hərbi obyektlərini deyil, dinc əhalinin yaşadığı rayon, şəhər, qəsəbə və kəndlərimizi hədəfə alıb.

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 90 çoxmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yararsız hala düşüb.

  • “…erməni xislətini bir daha bütün dünyaya nümayiş etdirdi”

Millət vəkili Rüfət Quliyev bildirdi ki, düşmən əsarətində olan onlarla yaşayış məntəqəsinin işğaldan azad edilməsi bizə yenidən fərəh və qürur hissləri yaşadır: “Xalq-ordu birliyi çox güclüdür. Azərbaycan xalqı səbrsizliklə, bütövlükdə, Qarabağın azadlıq xəbərini gözləyir”.

Millət vəkilinin sözlərinə görə, düşmən ölkə davamlı olaraq təxribatlar törədir, provokasiyalara əl atır: “Dinc əhaliyə əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir və erməni quldurları bu cinayətə görə məsuliyyət daşıyacaqlar. Gəncəyə, eləcə də digər şəhər, rayon və kəndlərimizə edilən alçaq erməni hücumları XXI əsrin ən dəhşətli soyqırımıdır. Onların cavabı döyüş meydanında artıqlaması ilə verilir. Şəhid olan günahsız insanların qisası döyüş meydanında alınır. Prezidentimizin də dediyi kimi, "Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir".

R.Quliyev qeyd etdi ki, işğalçı Ermənistanın silahlı birləşmələrinin iyul, avqust və sentyabr aylarında Azərbaycana qarşı hücuma keçərək növbəti ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alması beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasıdır. Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən intensiv artilleriya atəşi nəticəsində onlarla mülki şəxsin həlak olması və yaralanması erməni xislətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Günel CƏLİLOVA

Son xəbərlər