03/12/2020 08:56
728 x 90

Türkiyə parlamentinin sədri Gəncədə... - YENİLƏNDİ

Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir

img

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi təxribat nəticəsində dağılan ərazidə olub.

Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti dağıntı baş verən ərazidə həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Hadisə barədə M.Şentopa ətraflı məlumat verilib.

M.Şentop deyib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və sona qədər bir yerdə olacağıq.

O bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarının işğaldan azad olunması istiqamətində atdığı bütün addımları dəstəkləyir: "Biz qardaş Azərbaycanın haqlı davasını hər zaman dəstəkləyirik. Gəncədə baş verən terror göstərir ki, Azərbaycan haqlıdır, Ermənistan mülki insanları hədəf seçərək böyük cinayət işlədir. Qarabağ Azərbaycan torpağıdır, bu, tarix boyunca belə olub. Beynəlxalq aləmdə də Qarabağın Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət olduğu təsdiqlənib. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının 1993-cü il tarixli qərarları var, Avropa İttifaqının qərarları var. Bütün sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi təsdiqlənib. Həmin qərarlarda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması tələb olunub. Müharibə olursa da, bu prosesdə qaydalar var. Müharibədə dinc insanlara atəş açmaq cinayətdir. Ermənistan bu savaşda sivil insanları hədəfə alır, bunu bütün dünyanın görməsi vacibdir. ATƏT-in Minsk qrupu Ermənistanın Gəncədə dinc insanlara qarşı törətdikləri bu amansız terroru görmür. Biz bu terroru gözümüzlə gördük".

M.Şentop bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yaxın vaxtlarda Dağlıq Qarabağı işğaldan azad edəcək.

 

Son xəbərlər