Horadizdən Prezidentə məktublar axını başladı...

img

Füzuli rayonunun Horadiz şəhərindən Məmmədov Ceyhun Bahadur oğlu Prezident İlham Əliyevə müraciət edib.

“Faşist erməni dövlətinin qədim Gəncə şəhərinə növbəti hücumu bizi sarsıda bilməz. Bütün canımız, malımız, övladımız bu Vətənə qurban olsun.

Əzəli torpağımız olan Qarabağın azad olunması üçün düzgün hərbi və siyasi mübarizənizi bundan sonra da həyata keçirəcəyinizə inanır və bu ədalətli mübarizədə Sizin arxanızda polad yumruq kimi dayandığımızı bildiririk.

Tanrı Sizi və əsgərlərimizi qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə C.Məmmədov Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər