Mənim sizə olan məhəbbətim o qədər sonsuzdur ki – Xalq artisti Ofeliya Sənani Prezidentə yazdı...

img

“Mənim Sizə hörmətim, ana məhəbbətim o qədər sonsuzdur ki, özümü saxlaya bilməyib məktub yazdım. Analıq məhəbbəti çox güclü olur. Mən gecələr də yatmayıb Sizə - müdrik siyasətçimizə, Vətənini, xalqını ürəkdən sevən, tutarlı, dəqiq, qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan vətənpərvər, mətin, sözündən dönməyən əbədi Prezidentimizə qulaq asıram və dualar edirəm.

Mən 80 yaşlı ana Sizinlə sözlə ifadə edilə bilməyəcək dərəcədə fəxr edirəm. Bu yaşda çox xoşbəxtəm ki, Sizin sayənizdə gündən-günə gözəlləşən, çiçəklənən, eləcə də başqa ölkələrdən seçilən, tayı-bərabəri olmayan, ürəkləri sevindirən Azərbaycanımızı görürəm.

Hər şeyə görə Sizə minnətdarıq, bizim əbədi Prezidentimiz.

Ulu Tanrı Sizi qorusun!” Bu fikirləri Prezident İlham Əliyevə məktubunda Xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənani yazıb.

Bakı-xeber.com

Son xəbərlər