Xalqımızın Ümummilli Qəhrəmanına çevrilmisiniz – Naxçıvanlı alim Elxan Yurdoğlu Prezidentə belə müraciət etdi

img

Naxçıvan şəhərindən filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu-Məmmədov da Prezident İlham Əliyevə müraciət edib:

“Sentyabr ayının 27-dən başlayan və uğurla davam edən torpaqlarımızın işğaldan azad edilməsi prosesini həyəcanla və hədsiz sevinclə izləyirik. Sizin qətiyyətli qərarlarınız, xalqa müraciətləriniz hər bir Azərbaycan vətəndaşı kimi mənə də böyük sevinc və qürur hissi yaşadır. Bir neçə gün əvvəl Cəbrayılın azad edilməsi, bu gün səhər isə Füzuli rayonunun azad edildiyi xəbərini sizdən eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədiyimi etiraf etməliyəm”.

Elxan Yurdoğlu-Məmmədov ölkə başçısının rəhbərliyi ilə qısa zamanda Azərbaycan Ordusu tərəfindən işğal olunmuş bütün torpaqlarımızın düşməndən azad edəcəyinə əminliyini ifadə edir. “Bu gün necə ki, siz xalqın qayğısını çəkir, onun hər bir problemi ilə maraqlanırsınızsa, xalq da həmişə sizinlə həmrəydir. Dövlət və xalq birliyi isə bütün çətinliklərin öhdəsindən gəlməyə, bütün problemləri həll etməyə qadirdir. ...Atanız ulu öndər Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. Azərbaycan xalqının onlarla Milli Qəhrəmanı var. Amma siz artıq Azərbaycan xalqının ÜMUMMİLLİ QƏHRƏMANINA çevrilmisiniz. Mən bir vətəndaş kimi bu günlərdə bizə yaşatdığınız sevincli günlərin nəticəsi olaraq Zəfər Günü xəbərini də bizə yaşadacağınıza inanıram. Xalqımızın Sizi Azərbaycan xalqının Ümummilli Qəhrəmanı kimi öz ürəyinə həkk edəcəyinə və Sizi Ümummilli Qəhrəman adlandıracağına əminəm. O gün uzaqda deyil” - deyə alim qeyd edir.

Baki-xeber.com

Son xəbərlər