Norveçdəki “CAN” Azərbaycan təşkilatından İlham Əliyevə yazdılar – Sizin əzminiz sayəsində…

img

“Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir.

Sizin qətiyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə aparır. Bu gün rəşadətli Azərbaycan Ordusuna xalqımız hərtərəfli dəstək verir. Azərbaycan xalqının güc birliyindən qürur hissi duyuruq.

Biz inanırıq ki, Sizin əzminiz sayəsində Azərbaycan ordusu BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı çıxardığı qətnamələrə necə hörmətlə yanaşmağın vacib olduğunu bütün dünyaya göstərəcək. Dövlətimizə, xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır və daim bütün gücümüzlə başda Siz olmaqla Azərbaycan dövlətinin, ordusunun yanındayıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaralılarımıza Allahdan şəfa diləyirik.

Tanrı xalqımıza bu müqəddəs işdə yardımçı olsun”. Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Norveç Krallığının Oslo şəhərindən Norveçdəki CAN Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpur və Norveçdəki CAN Azərbaycan diaspor təşkilatının İdarə Heyətinin üzvü Atabəy Nəcəfpur bildiriblər.

Baki-xeber.com

Son xəbərlər