27/11/2020 11:45
728 x 90

Bərdənin Qaragımirçi kəndindən Prezidentə təşəkkür...

img

“Şanlı ordumuzun Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı işğaldan azad etməsi münasibəti ilə Sizə təbrik edir, ordumuza uğurlar arzulayıram. Bu gün bütün Azərbaycan əhalisinin bir devizi var: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün".

30 illik atəşkəs rejimindən yararlanaraq qüdrətli ordu yaratmısınız və bu gün biz öz sözümüzü və şərtlərimizi diktə edirik. Hərbi uğurlarla yanaşı, siyasi uğurlarımız da davam edir.

İnşallah, Azərbacan xalqının sülhsevər olduğunu, öz torpalarını qorumağı bacardığını bütün dünyaya göstərəcəksiniz. Ulu öndərimiz Heydər Əliyev nahaq yerə deməmişdir ki, Azərbaycan dünyaya bir günəş kimi doğacaq.

Qarabağ Azərbaycandır!” Bu sözləri Prezident İlham Əliyevə yazdığı məktubda Bərdə rayonu Qaragımirçi kənd sakini Asif Əliyev qeyd edib.

Baki-xeber.com

Son xəbərlər