27/11/2020 12:47
728 x 90

Xəzər rayonundan məhkum Vüsal İsrafillinin Prezidentə müraciəti – “...canımdan da keçməyə hazıram”

img

Xəzər rayonundan məhkum Vüsal İsrafilli Prezident İlham Əliyevə müraciət edib: “Mən 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə ali təhsil almışam.

2013-cü ilin iyul ayından 2014-cü ilin iyul ayına qədər Müdafiə Nazirliyinin Hava hücumundan müdafiə qoşunlarında manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşam. Lakin 2017-ci ildən səhv əməllərim ucbatından indiyədək məhkumluq həyatı yaşayıram və çox peşmanam. Sizin əmrinizlə ölkəmizdə hərbi vəziyyətin və qismən səfərbərliyin elan olunmasını mən də eşitmişəm və bunu alqışlayıram. Başqa gənclər kimi mən də silaha sarılaraq, torpaqlarımız uğrunda canımdan belə keçməyə hazıram.

Cənab Prezident, Sizdən müstəsna səlahiyyətlərinizdən istifadə edərək, çəkilməmiş cəzamın təxirə salınmasını və mənim ön cəbhədə döyüş əməliyyatlarında iştirakıma sərəncam verməyinizi xahiş edirəm. Sizi əmin edirəm ki, mənə göstərəcəyiniz etimadı doğruldacam, hərbi anda sadiq qalacam, lazım gələrsə, canımdam keçəcək, şəhid olacağam.

Əmrinizi gözləyirəm, cənab Ali Baş Komandan”.

Baki-xeber.com

Son xəbərlər