Bazar ertəsi günü, 14 iyul 2025
     

Ermənistanın müharibə cinayətlərinə qarşı Azərbaycan diaspor quruculuğunda yeni fəallaşma dalğası...

Image

Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinə oktyabrın 11-də və 17-də raket zərbələri endirməsi nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də anılır, bu barədə həqiqətlər həmin ölkələrin ictimaiyyətinə çatdırılır.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda mülki infrastruktur obyektinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

  • Can Azərbaycan Platforması etiraz edir

Oktyabrın 11-də gecə saat 02 radələrində isə düşmənin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını məqsədli şəkildə SCUD raketlərindən atəşə tutması nəticəsində, 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 40-dək insan, o cümlədən 10 qadın və 9 azyaşlı xəsarət alıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.  Ermənistanın törətdiyi bu müharibə cinayətləri  bütün dünyada yaşayan soydaşlarımızı  bir araya gətirib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar  Ermənistanın növbəti vəhşiliyinə  müxtəlif formalarda etiraz edir, ölkəmizin haqq səsini bütün dünyaya çatdırırlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İzmirdə fəaliyyət göstərən, Can Azərbaycan Platforması adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Fransa Respublikası Konsulluğunun qarşısında baş tutub. Aksiyada “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk Qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

  • Bernin Helvetia Platsa meydanında aksiya

İsveçrədə yaşayan azərbaycanlılar da işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Bernin Helvetia Platsa meydanında icazəli aksiya keçiriblər. Aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. İsveçrə Azərbaycanlıları Kordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak edib. Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulması, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğlayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.

  • Soydaşlarımız Brandenburq qapılarına yürüş ediblər

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində də Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox soydaşımızın iştirakı ilə aksiya təşkil edilib. Aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər. Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhalisinə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaq və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər. Aksiyaya Bakıdan qoşulan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara Ali Baş Komandanın salamlarını çatdırıb. Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak edib.

  • Vyananın Helden Platz meydanında icazəli aksiya

Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu da Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar. “Azer Der” cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak edib. Aksiyada çıxış edən soydaşlarımız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını pisləyib, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarları səsləndiriblər.

Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan anım

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanların xatirəsini yad edib. Alman Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak edib. Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf alması, müxtəlif şəhər və rayonlarda onlarla günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim edilib. Çıxış edənlər cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin ağır artilleriya atəşinə tutulmasının erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd edib, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

  • “Nüfuzlu təşkilatların önündə aksiyaları daha mütəmadi keçirmək lazımdır”

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımı terror yox, birbaşa müharibə cinayətidir: “Həmin raketlərin məhz Ermənistanın öz ərazisindən atıldığı tam sübut olunub.  Bu o anlama gəlir ki, həmin hadisəyə görə birbaşa Ermənistanın siyasi rəhbərliyi məsuliyyət daşıyır. Artıq bizim hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı Ermənistanın siyasi rəhbərliyinə qarşı cinayət işi açıb. Bu, perspektivdə reallaşa bilən addımdır. Amma indiki məqamda biz  törədilən bu vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə lazımi şəkildə çatdırmalıyıq. Müharibə həm də informasiya sahəsində gedir. Unutmayaq ki, biz bu istiqamətdə daha fəal olmalıyıq. Çünki sistemləşmiş və yalanı doğru kimi sırımağı bacaran erməni diasporunun təbliğat maşını ilə üz-üzəyik. Bizim fərqimiz ondadır ki, haqlı tərəfik, şərəfli müharibə aparırıq. Biz dinc əhalini hədəf almırıq. Ermənistan isə gecə evində yatan körpələri hədəfə alır, onları qətlə yetirir. Azərbaycan bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni edir. Müxtəlif ölkələrdə olan diaspor təşkilatlarımızın bu işə tam dəstək verməsi çox təqdirəlayiqdir. Bunun effektini biz hiss edirik. Dünyanın bir çox KİV-ləri həmin aksiyaları işıqlandırıb. Dünya bir daha ermənilərin əsl mahiyyətilə yaxından tanış ola bilib. Təəssüflə qeyd edim ki, əlaqədar  beynəlxalq qurumlar,  nüfuzlu ölkələr bu vəhşiliyə lazımi reaksiya vermir.  Buna sanki iki tərəfin etdiyi müharibədə yaşanan hal kimi yanaşırlar. Tamamilə fərqli məsələdir. Bu, mülki insanlara qarşı törədilən müharibə cinayətidir. Belə əməllərə görə dünyada bir çox ölkə başçıları beynəlxalq tribunal tərəfindən cəzalandırılıb. Soydaşlarımız bu fəlaiyyəti davam etdirməlidir. Xüsusilə də nüfuzlu təşkilatların önündə aksiyaları daha mütəmadi keçirmək lazımdır. Bu hadisələrdə diasporumuzun göstərdiyi fəaliyyəti bəyənirəm. Yalnız Gəncə hadisələri ilə bağlı fəal deyillər. Eyni zamanda cəbhəyə yardım aksiyalarında da diasporumuz olduqca fəaldır. Bu bir daha sübut edir ki, Azərbaycan erməni işğalı ilə mübarizəni vahid orqanizm kimi  aparır”.

Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında diasporumuz çox fəaldır. Biz onların gördüyü bütün işləri bir yazı çərçivəsinə sığışdara bilmədik. Növbəti yazılarımızda bu şərəfli işlər barədə ətraflı məlumatlar verəcəyik.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910